29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“Vəziyyət böhran səviyyəsinə çatıb”
“Hazırda Azərbaycanda ciddi dərman böhranı yaşanır. Halbuki illərdir ki, bu problem var və farmakologiya sahəsindəki mütəxəssislər car çəkirlər ki, böhran olacaq”.
Bunu Meydan TV-yə Azərbaycan Həkimləri Birliyinin sədr müavini, radioloq-həkim Aydın Əliyev deyib.
“Təəssüf ki, müvafiq qurumlar bunu qulaqardına vurdular, dərman sahəsində olan problemləri gözardı etdilər. İndi də vəziyyət böhran səviyyəsinə çatıb”, – deyə həkim bildirib.
Onun sözərinə görə, Azərbaycanda dərman qıtlığı və bahalığı ilə yanaşı, preperatların keyfiyyətsizliyi məsələsi də var.
Aydın Əliyev deyir ki, dərman qıtlığını yaradan amillərdən biri də daxili istehsalın olmamasıdır:
“Azərbaycanın dərman istehsalı üçün maddi resursları var. Fabrik-zavod qurmaq, mütəxəssisləri cəlb etmək üçün imkanlar mövcuddur. Niyə bunu etmirlər, səbəb nədir? İkinci məsələ, xaricdən idxal edilən dərmanlar Azərbaycanda 8-10 dəfə baha qiymətə satılır. Bu da inhisarçılığın nəticəsidir”.
2015-ci ildə dərmanların vahid qiymətə keçirilməsilə bağlı qərar qəbul edilib.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri də Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Mütəxəssislər hesab edirlər ki, məhz qanuna edilən dəyişiklikdən sonra bu sahədə inhisarçılıq yaranıb.
“İstənilən bir iş adamı Azərbaycanda təsdiq olunmuş, yəni icazəli olan dərman preparatlarını gətirmək istəyəndə də ona imkan vermirlər. Ölkəyə dərman vasitələrini konkret bəzi şəxslər, şirkətlər gətirir. Yerdə qalan şəxslərə dərman gətirməyə icazə verilmir. Bəlkə, hansısa iş adamının xarici ölkələrdə daha yaxşı əlaqəsi var. Hansısa dərmanı daha münasib qiymətə gətirə bilər. İmkan verilmədiyinə, azad rəqabət mühiti olmadığına görə qiymətlər də astronomik rəqəmlərə çatıb”, – Aydın Əliyev belə deyib.
O əlavə edib ki, dərmanların qıtlğı ilə yanaşı keyfiyyət problemi də var. Bunlardan biri də dərmanların saxlanma şəraiti ilə də əlaqədardır:
“İstehsalçıdan başlayaraq, pasiyentin dərmanı qəbul etdiyi ana qədər saxlanma şəraitinə riayət olunmalıdır. Azərbaycana daxil olanda dərmanların saxlanılma qaydalarına nə dərəcədə nəzarət olunduğundan məlumatsızıq. Dərmanlar hansı anbarlarda və necə şəraitdə saxlanılır? Bəzən insanlar yerli apteklərdən dərmanları alırlar. İstifadədən sonra deyirlər ki, effekt vermir. Amma eyni dərmanı alman apteklərindən alır, daha təsirli olur”.
Aydın Əliyev deyir ki, bu məsələdə dövlətin ciddi nəzarəti, müdaxiləsi və obyektiv yanaşması olmalıdır:
“İl ərzində hansı dərman preparatından ölkədə nə qədər istifadə edilməsi ilə bağlı statistika aparmaq lazımdır. İş adamlarına, şirkətlərə azad rəqabət şəraiti yaradılmalıdır. Onlara dövlət sifarişi olmalıdır, şərait yaratmaq lazımdır ki, ölkəyə dərmanlar gətirsinlər. Qonşu ölkələrdə hansı qiymətədirsə, ən azından həmin qiymətə təmin etmək olar”.
Azərbaycanda satışa icazəsi olan 13490 adda dərmandan cəmi 3500 adda dərman satış dövriyyəsindədir.
Dövlət Statistika Komitəsinin məlumatında isə bildirilir ki, 2022-ci ildə Azərbaycana 2021-ci ilə nisbətdə 2 dəfədən çox dərman idxal edilib.
2022-ci ilin sonu Milli Məclisdə çıxış edən Baş nazir Əli Əsədov bildirmişdi ki, Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir.
Onun sözlərinə görə, dərmanların yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Ukrayna və Belarusun payına düşür:
“Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”, – Baş nazir bildirmişdi.