29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Paytaxtın müxtəlif ərazilərində ucuz qiymətə kolbasa satışı həyata keçirilir.
Maraqlıdır ki, görəsən, bu kolbasaları marketdə satılan kolbasalardan nə fərqləndirir ki, bu qədər ucuz qiymətə satılır? Onların donuz dərisindən hazırlandığı iddiaları doğrudurmu? Məsələ ilə bağlı “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, sözügedən kolbasaların tərkibi haqqında dəqiq məlumat yoxdur:
“Azad İstehlakçılar Birliyi birmənalı şəkildə istehlakçıların ucuz və keyfiyyətli mal almağının tərəfdarıdır. Biz qətiyyən qiymətlərin yuxarı olmasının tərəfdarı deyilik, lakin görürük ki, ölkənin ət məhsulları sektorunda böyük hərc-mərclik var və təəssüflər olsun ki, ölkədə normal, standartlara uyğun kolbasa istehsal edən şirkətlər öz bazarlarını qorumaq üçün heç bir iş görmürlər. Təxminən 3 muşketyor qalmışıq, birimiz hamımız, hamımız birimiz üçün. Baxmayaraq ki, onları birləşdirən bir assosiasiya var, həmin assosiasiya heç bir iş görmür ki, bazar təmizlənsin və o cür qiyməti şübhə doğuran hətta təhlükəli kolbasa və sosiskalar hər yerdə satılır. Belə məhsullara metro çıxışlarında, 8-ci kilometr bazarında rast gəlmək mümkündür. Bütün bu işlərin qarşısını almaqda məsuliyyət daşın Qida Təhlükəsizliyi Agentliyi çox təəssüflər olsun ki, jurnalistlərin əməyini heçə sayır. Jurnalistlər bütün gün belə məhsulları satanları axtarır, tapır, efirə verir, yazırlar, lakin Qida Təhlükəsizliyi Agentliyi onları kifayət qədər təqib etmir. Hələ ki, biz KİV-lərlə Qida Təhlükəsizliyi Agentinin birgə işlərini görmürük. Nə qədər ki, dövlət qurumları KİV-lərin əməyini qiymətləndirə bilmir, onlarla sinxron işləyə bilmir, ictimai nəzarətlə bağlı çağırışlar müsbət nəticə verməyəcək. Çünki hər şey KİV-lər üzərindən gedir.
Baxın, bu gün siz bu mövzu barədə yazırsınız, görək Qida Təhlükəsizliyi Agentliyi buna reaksiya verəcəkmi? Böyük ehtimalla, yox.
Mən bu mövzunu hətta agentliyin özündə də qaldırmışam, amma qeyri-səmimi şəkildə cavablayıblar ki, təqib edirik. Əslində isə təqib olunmur”.
Ekspert təsdiqləyib ki, ayaq altında satılan bu cür kolbasa məhsulları süni ətdən və donuz dərisindən hazırlanır:
“Bəli, bu gün satışda belə mallar var və birmənalı şəkildə təhlükəlidir. Sovet zamanı kolbasa istehsalçıları arasında belə bir söz vardı: Kolbasa nədir? Sudur, duzdur, bir az da vicdan. Vicdan sözü əti göstərirdi, yəni vicdanın nə qədərdirsə, əti də o qədər qoyarsan. Bu gün kolbasa məmulatlarını nədən gəldi - süni ətdən, dəridən hazırlayırlar. Ucuz nə varsa, onu məhsulun içinə qatırlar. Heç şübhəsiz ki, 26 ildir Azad İstehlakçılar Birliyi ölkədəki murdar ət biznesini ifşa etmək istəyir və bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar həmin məsələ ilə bağlı cinayət işi qaldırır, məsuliyyət daşıyanları həbs edir. Lakin digər dövlət orqanları adətən ifşa edir, cərimə qoyur və buraxır. 26 ildir ki, biz bunu ifşa edib qurtara bilmirik. Şübhəsiz ki, murdar olmuş heyvan ətləri bu cür kolbasa istehsalında istifadə olunur. İstisna olunmur ki, qonşu ölkələrdən də bu cür kolbasalar ölkəmizə keçirilir. Bu kolbasa məmulatları adətən etiketsiz olur, ayaq altda satılır və qırmızı olur, insanları cəlb edir, guya hisə verilmiş kolbasadır. Lakin bu məmulatlar insanların həyatında mənfi izlər qoyur. Biz hələ görməmişik ki, Qida Təhlükəsizliyi Agentliyi bunu kökünə qədər ifşa etsin və ictimai şəkildə həmin məhsullar məhv edilsin. Bu, problem olaraq qalır. Əhalini belə mallar almaqdan imtina etməyə çağırıram, biz bunu boykot etməliyik. Yerli kolbasa istehsalçıları da öz bazarlarını təmizləməlidir. Əhalidə belə bir fikir var ki, xaricdən gələn kolbasalar daha keyfiyyətlidir, amma bu belə deyil, onlar daha çox kimyəviləşdiriliblər. Nəzərə almaq lazımdır ki, yerli, təmiz mal ətindən, standartlara uyğun şəkildə hazırlanan kolbasalar da var. Təəssüf edirəm ki, mağazalarda 70 faiz xarici ət və kolbasa məhsullarına yer verilir. Bu da istehlakçıların seçim hüququnda problem yaradır. Düşünürəm ki, marketlərdə hamı üzünü yerli mallara çevirməlidir, necə ki, vaxtilə bir nəfər deyirdi ki, hamı yerli mal alsın, xeyir vətənə qalsın, belə yanaşmalıyıq”.