Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Hakimiyyətin Şəhidlər Xiyabanında növbəti rəzaləti

Tarix:21-01-2023, 12:55 Baxış Sayı:1 504

Hakimiyyətin Şəhidlər Xiyabanında növbəti rəzaləti

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Dünən Şəhidlər Xiyabanında yaşananlar məni yenidən məyus etdi.

Düzünü deyim ki, Rusiyanın Ukrayna savaşındakı rüsvayçılığından, dünya birliyi tərəfindən təcridindən sonra ziyarətə daha az maneə yaradılacağını düşünürdüm. Məntiq, sağlam düşüncə də məhz bunu diktə edirdi. Ancaq, görünür, Azərbaycan hakimiyyətinin ağıl hocalarına hələ Rusiya ətrafında və dünyada baş verənlər tam anlamında çatmayıb.

Avropa Parlamentində keçirilən dinləmələrdə eşitdiyimiz qərəzli və ədalətsiz müzakirələr fonunda, xüsusilə də, nə qədər inanılmaz və absurd səslənsə də, Avropalı deputatların Yuxarı Qarabağda vaxtilə Xocalı soyqırımını törətmiş Rusiya Ordusuna erməniləri daha çox müdafiə etməklə bağlı çağırışları fonunda Bakıda 20 Yanvar faciəsinin böyük izdahamla yad edilməsi yerinə düşməzdimi?

Bu dünyanın, avropalıların yaddaşını təzələməzdimi? Azərbaycan xalqının gerçəkdə kiminlə savaşdığının mesajını verməzdimi?
Bu, eyni zamanda, Yuxarı Qarabağda artıq bir çox məsələlərdə maraqları toqquşan Azərbaycan hakimiyyətinin özünün Rusiya qarşısında mövqeyini gücləndirməzdimi?!

Dezinfeksiya söhbəti isə tam bir biabırçılıq idi. İlin 365 günü yatıb açıq havanı(?), məzarları (?) dezinfeksiya etmək üçün məhz Şəhidləri anım gününü gözləmək onların ruhuna qarşı hörmətsizlikdən, mənəvi düşüşdən başqa bir şey deyil. Bunun şəhid yaddaşı yenicə təzələnmiş, yenicə üç min şəhid vermiş xalqın fərdlərinə təsirini də bir düşünün…

Əllərində qərənfil dəstəsi tutmuş insanların, xüsusilə də körpələrin axın-axın Şəhidlər Xiyabanını ziyarət etmədən məyus halda geri dönməsi çox ağır mənzərə idi…

Müxalifətə gəlincə, hakimiyyətin davranışları bizə münasibətdə reklam, özünə münasibətdə isə anti-reklamdan başqa bir şey deyil.

Milli Şura, AXCP olaraq biz minlərlə insanın içində səssizcə Şəhidlərimizi ziyarət edib keçəcəkdik.

Hakimiyyət nə etdi? Məhz bizim ziyarət saatına yaxın rüsvayçı “dezinfeksiya əməliyyatı”-nı başlatdı. Yollar bağlandı, insanlar şəhidləri ziyarət etmədən geri qayıtmağa məcbur oldu. Sosial şəbəkələr üzərindən baş verənlər canlı olaraq yayımlandı, müxalifət lideri Əli Kərimli bu barədə silsilə açıqlamalar verdi, hamı müxalifətin uğradığı diskriminasiyanı, ayrı-seçkiliyi gördü. Sıradan bir ziyarət siyasi hadisəyə çevrildi.

Hakimiyyət niyə bunu edir?

1.Bizi incidirlər, biz bir-neçə saat ayaq üstündə qalırıq, bundan zövq alırlar, ancaq əvəzində cəmiyyət bizə qarşı haqsızlıq edildiyini görür və heç şübhəsiz ki, bütün toplumlar kimi haqsızlıq edəni yox, haqsızlığa uğrayanı müdafiə edir.

  1. Cəmiyyətdə “onlardan qorxmasaydılar belə bir gündə hamının gözü önündə belə ayrı-seçkililik, haqsızlıq etməzdilər” alqısı yaranır.
  2. Məqsəd müxalifətin kiçik bir qrupla Şəhidləri ziyarət etməsi görüntüsü yaratmaqdan, bizi bu məqsədlə kiçik hissələrə bölməkdən gedirsə, lap Əli Kərimli tək keçsin. Məgər İlham Əliyev hər yerə tək getmir? Bu o deməkdirmi ki, onun ətrafında heç kim yoxdur? Buna məna yükləməyə dəyərmi?
  3. Bu dəfə hakimiyyət bağça uşaqları səviyyəsində bir oyun qurmuşdu. Fəxri Xiyaban istiqamətində xeyli sayda xüsusi geyimli ASAN könüllüsünü toplayıb iki hissəyə ayırdılar və onları bizdən öncə və bizim həmən arxamızca Parlament prospektinə buraxmaqla bizi mühasirəyə alıb aralarında “əridəcəklərinə” stavka etdilər.

Könüllü gənclər də imkan düşən kimi bizim yanımızdan sivrilib bir-birinə qovuşurdu))). Bu “möhtəşəm əməliyyatı” bir neçə dəfə reallaşdırmaq istədilər, şəxsən Səbail Rayon Polis bölməsinin rəhbərliyi bu işə nəzarət etsə də “alınmadı, rəis”))).

Bu “strateji” ağlın sahibləri bununla nə edəcəkdilər? Biz ASAN Xidmət könüllüləri ilə birlikdə yürüsək bu bizi alçaldacaqdımı?! Biz Azərbaycan hakimiyyətindən fərqli olaraq belə düşünmürük. O gənclər də bu millətin övladlarıdır, bizim balalarımızdır. Həşəmətli hökumətimiz çox arzulayırsa gələn il hətta hərəmiz bir ASAN gənci ilə əl-ələ addımlaya da bilərik və bundan əsla əskilmərik.

Bunları yalnız müqəddəs Şəhidlərimizə hörmətdən dolayı yazdım. Yoxsa, bizi reklam edirlər, etsinlər, nəyi pisdir ki?

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL