Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Ruslan İzzətli: Stalin metodu ilə şahidlərin bir neçəsindən istintaqın xeyrinə ifadə alıblar

Tarix:26-10-2025, 10:30 Baxış Sayı:265

Ruslan İzzətli: Stalin metodu ilə şahidlərin bir neçəsindən istintaqın xeyrinə ifadə alıblar III Respublika Platformasının qurucu üzvü, "Toplum TV işi" üzrə həbsdə olan Ruslan İzzətli ictimaiyyətə və bu iş üzrə şahid qismində cəlb edilən şəxslərə müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik:
“Artıq “məhkəmə” istintaqında ifadələr bitdi və şahidlərin dindirilmə prosesi başlayacaq. 
Aylar öncə sizə etdiyim müraciəti bir daha təkrar etməli olduğumu düşündüm.
Bir il səkkiz aydır həbsxanadayam. Həbsimə sanksiya verən, indiyə qədər çıxdığım “məhkəmələrdə” iştirak edən hakimlər, müstəntiqlər və əlehimə sifarişlə yazı yazan “jurnalistlər” sizə qarşı heç bir nifrətim yoxdur. 
Siz bir tikə çörəklə ədalət arasında seçim edən qurbanlarsınız. Mənim mübarizəmdə əmr verəni görməzdən gəlib, qurbanları hədəf almaq yoxdur.
Kin və nifrət siyasətinin nəticəsi olaraq haqqımızda açılan cinayət işi üzrə 49 nəfər şahid dindiriblər. Stalin metodu ilə şahidlərin bir neçəsindən istintaqın xeyrinə ifadə alıblar.
22 ildir ölkəni idarə edənlər, iqtidarda olduqları qədər yaşda olan gəncləri dostlarının əleyhinə ifadə verməyə məcbur edirlərsə, bizim mübarizəmiz artıq fərdlərlə yox, insanları bu hala salan sistemlədir.
Ona görə əlehimizə ifadə verən şahidlərə “məhkəmə” istintaqında da ifadənin necə olmasından asılı olmayaraq münasibətim dəyişməyəcək.
Prezident Administrasiyasının notarial təsdiqi ilə məşğul olan “məhkəmələrdə” sizin ifadəniz nəyisə dəyişdirməyəcək.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL