29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Dünyanın bir çox ölkələrində universitetlərin rektorları seçki yolu ilə müəyyənləşir. Azərbaycanda isə dövlət universitetlərinə rektor prezident tərəfindən təyin olunur. Özəl universitetlərdə bu, bir az fərqlidir. Əksər hallarda özəl universitetlərin təsisçilərini həm də rektor vəzifəsində görürük.
Maraqlıdır, dövlət universitetlərində rektorlar seçki yolu ilə seçilərsə, nə baş verər, bunun təhsilə hansı təsiri olar?
Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.
Təhsil eksperti Şahlar Əsgərov deyir ki, əvvəllər bu cür metodlar tətbiq olunub.
“Bu məsələ barədə mən də fikirlərimi bildirmişəm. Burada 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Bir də bunların ortaq üsuludur. Həmişə ortaq üsula üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyinetmə var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların hamısı təcrübədə var. Bunların üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir. Universitet bu zaman seçkidən-seçkiyə yenilənir. Administrativ üsul zamanı 20-25 il rektor olanda universitet normal idarə edilir”.
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bunun üçün zamana ehtiyacın olduğunu bildirib.
“Dövlət Universitetində rektorları prezident təyin edir. Onu da deyim ki, seçki ilə rektorların seçilməsi ənənəsi mövcud olub. Amma uğurlu olmayıb. Bunun üçün bir təcrübə, ənənə olmalıdır. Bunun üçün universitetlərimiz dünyada mövcud olan universitetlərə yaxınlaşmalıdır. Azərbaycanda isə bu sahədə çox işlər görülməlidir”
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı rektorların seçki üsulu ilə təyin olunma məsələsinə özünəməxsus cavab verib.
“Düşünmürəm ki, bu, çox böyük ideyadır və ciddi dəyişikliyə səbəb ola bilər. Dünyanın bir çox ölkələrində belə, rektorlar seçilmir. Rektorların seçilməsi təcrübəsi kollektiv tərəfindən dünyada yayılmış hal deyil. Adətən rektoru sistemin başında duran insanlar təyin edir. Məsələn, özəl universitetin idarə heyəti var. Ona qəyyumlar şurası deyilir. Hansı ki, Xəzər Universitetində Qəyyumlar Şurasının sədriyəm. Bir müddət Xəzər Universitetinin rektoru olmuşam. Qərara gəldim ki, universitetin iri strateji işləri ilə mən məşğul olum. Ona görə də rektoru Amerikadan gətirdim ki, işi daha yaxşı aparsın. Bir müddət əvvəl Azərbaycanda da seçki sistemi ilə rektor seçimi aparılıb. Məsələn, Bakı Dövlət Universitetində belə seçim aparılmışdı. Böyük qırğınlar olmuşdu. Bu cür yolu doğru hesab etmirəm. Ona görə də dövlət universitetlərinə rektoru prezident təyin etsə, daha yaxşıdır. Hər halda, prezident rektoru təyin edəndə birbaşa olmur. Namizədlər müəyyən olunur, araşdırılır və son qərarı prezident imzalayır.
Özəl universitetlərdə isə fərqlidir. Çünki özəl universitetləri yaradanlar rektor olur. Amma həmin yaradıcı rektor bir gün işindən gedəndən sonra onu əvəz edəcək adam olmalıdır. Bunun üçün də sistem qurulmalıdır. Bu zaman gedən adamın oğlunun, qızının gəlib rektor olması yaxşı ənənə deyil. Universitetin səlahiyyəti nəsildən-nəsilə verilə bilər, amma gündəlik işləri aparan yaxşı mütəxəssis mütləq olmalıdır”.