29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Azərbaycanda ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının yaz mərhələsi başa çatıb. I-IV ixtisas qrupları üzrə test imtahanları mayın 13-də və 20-də keçirilib.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, imtahanlarda iştirak imkanı əldə etmiş 69 min abituriyentdən 68356-sı imtahanlarda iştirak edib. Ən çox imtahan verən I və III qruplar üzrə olub, bu da gənclərin texniki və humanitar ixtisaslara marağının artdığını göstərir.
Nəticələrə əsasən, 10 abituriyent maksimum bal - 700 bal yığıb: I qrup üzrə 2 nəfər, II qrup üzrə 2 nəfər, III qrup üzrə 5 nəfər, IV qrup üzrə 1 nəfər.
Bu il ölkənin ali məktəblərinə plan üzrə 45159 ayrılıb, bu, ötən ilki göstəricidən 2303 yer və ya 5,3% çoxdur. I qrup üzrə 14385, II qrup üzrə 13395, III qrup üzrə 10671, IV qrup üzrə 3315 və V qrup üzrə 3393 yer var. Bütün qruplar üzrə artım baş verib:
texniki ixtisaslar üzrə (ötən illə müqayisədə) 580, iqtisadi ixtisaslar üçün 471 yer arıb.
III qrup üzrə "artım" nəzərəçarpacaq qədər çoxdur - 9,2% və ya 902 yer. IV qrup üzrə 95 yer, V qrup üzrə isə 255 yer artıb.
İndi isə bu mərhələdə müsabiqə vəziyyətinin modelini hazırlamaq üçün ballar üzrə bölgüyə baxaq. DİM-in məlumatına görə, ümumilikdə 35671 abituriyent 200 baldan 700 bala qədər yığıb.
Plan üzrə yerlərin bundan xeyli çox olduğunu nəzərə alsaq, belə çıxır ki, bütün bu gənclərin ali məktəbə daxil olmaq şansı var. I qrup üzrə 14384 yerə iddia edən 12 338 abituriyent keçid balından maksimum bala qədər yığıb.
II qrupda 13394 yerə namizədlərin sayı 8750 nəfər təşkil edir.
III qrup üzrə müsabiqə mərhələsində iştirak üçün 10973 abituriyent 200 və daha yüksək bal yığıb, onlar real olaraq 10671 yerə daxil olmağa ümid edir.
Və nəhayət, IV qrup üzrə 3315 yerə imtahanı uğurla verən 3610 gənc iddia edir.
Göründüyü kimi, vəziyyət açıq-aşkar abituriyentlərin xeyrinədir, bəzi yerlərdə hətta kifayət qədər namizəd olmadığı müşahidə olunur. İlk baxışda minimum 200 balla belə BDU-nun, Dillər Universitetinin və ya Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının olmasa da, həmişə tələbə defisiti yaşayan Gəncə Aqrar Universitetinin tələbəsi olmaq olar. DİM-in ali məktəblərin qəbul planını doldurmasına imkan vermək üçün əvvəlki illərdə olduğu kimi keçid ballarını aşağı salacağı da istisna deyil.
Amma DİM ekspertləri hadisələri tələsdirməməyi və ayrı-ayrı qruplar üzrə qəbullar haqqında proqnozlar verməməyi məsləhət görürlər.
"Hələlik ixtisas qrupları üzrə real müsabiqə haqqında danışmaq tezdir. İyulda, qəbul imtahanlarının növbəti mərhələsi keçirilərkən bu vəziyyət kəskin şəkildə dəyişə bilər. Mayın 17-dən bu imtahanlarda iştirak üçün sənəd qəbulu elan edilib.
İmtahanlarda həm yeni şagirdlər, həm də may imtahanlarında müəyyən bal yığıb, öz nəticələrini yaxşılaşdırmağı qərara alanlar iştirak edə bilirlər. Ola bilər ki, müsabiqə mərhələsinin iştirakçılarının sayı xeyli çox olsun. Yeri gəlmişkən, ötən il yaz imtahanı verən abituriyentlərin təxminən 80%-i kampaniyanın yay mərhələsində iştirak edib", deyə həmsöhbətimiz qeyd edib.
Başqa bir mühüm məqam da var: bu il abituriyentlərə qəbul imtahanlarının təkcə yaz və yay mərhələlərində iştirak etmək deyil, həm də müxtəlif - iki və ya hətta üç ixtisas qrupu üzrə imtahan vermək imkanı yaradılıb. Məsələn, I qrup abituriyenti ikinci imtahanda IV və ya V qrup üzrə (V qrup üzrə əvvəlcədən yaradıcılıq imtahanını veribsə) iştirak edə bilər.
II qrup abituriyenti iyulda III qrup üzrə imtahan verə bilər. Deməli, abituriyentin bir neçə nəticəsi olacaq. Yığdığı baldan asılı olaraq, o, eyni zamanda üç müsabiqədə iştirak edə bilər, amma ərizəsində göstərdiyi birinci, ikinci və ya üçüncü ixtisas üzrə ali məktəbə qəbul ediləcək.
Beləliklə, intellektual marafonda taym-aut - düşünmək, uğur şanslarını dəyərləndirmək, yeni imtahanlarda iştirak haqqında qərar qəbul etmək üçün zaman elan edilib.