Elm və Təhsil Nazirliyi nazir Emin Əmrullayevin Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşdə "Məktəblər təhsil vermir və biz bunu bilirik" deməsi barədə iddialara münasibət bildirib.
Musavat.com-un məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bir çox sosial media hesablarında görüşlə bağlı səsləndirilən yanlış fikirlərin kontekstdən çıxarıldığını və həqiqətə uyğun olmadığını deyib.
Onun sözlərinə görə, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb:
"Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib. Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq".
Qeyd edək ki, görüşlə bağlı yayılan iddialara görə, orada iştirak edən direktorlardan biri mətbuata həmin tədbirlə bağlı məlumat verib. İddia olunub ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib: "Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər".

İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
“Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
İstintaqa cəlb olunduğu deyilən həkimlərdən biri danışdı
Təmir gedə-gedə kabab bişirdilər- Sahibi cəzalandırıldı - Fotolar
Uşaq sığınacağında 40-a yaxın uşağın qızılcaya yoluxduğu bildirilir
Şəkərli diabetdən əziyyət çəkən şəxs pulsuz dərman ala bilmədiyini deyir
Şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açıldı
Bu şəxslərin əməkhaqqında yüksək ARTIM OLACAQ - Məbləğ açıqlandı
Demokratlar Təhsil Nazirliyinin ləğvinə qarşı kampaniyaya başladılar
Valideynlər 1-ci sinfə elektron qəbuldan niyə narazıdır - rəy
Abituriyentlərə BƏD XƏBƏR - Bu ixtisasların balı artacaq
Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.
Elçin Babayev tənqid edildi – “İnkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq?”