29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Ötən gün Təhsil naziri Emin Əmrullayev orta məktəblərdə tədrisin vaxtının uzadılmasından danışıb. Nazirin fikrincə, bu, təhsilin keyfiyyətini artırar.
Bəs, ekspertlər bu barədə nə düşünürlər? Doğrudanmı, təhsilin müddətinin uzadılması keyfiyyətə müsbət təsir edə bilər?
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən BDU-nun professoru, əməkdar elm xadimi Şahlar Əsgərov bildirib ki, təhsilin müddətinin uzadılması yox, keyfiyyətinin artırılması vacibdir:
“Azərbaycanda müxtəlif ballı qiymətləndirmə mövcuddur. Bu, çox biabırçı hadisədir. Bunu düzəltmək daha yaxşıdır, nəinki təhsilin müddətini uzatmaq. Azərbaycanda Dövlət İmtahan Mərkəzinin keçmiş nəticələrinə baxın. Ali məktəbə imtahan verərək bal toplayan Azərbaycan şagirdi təqirbən 100 minlərlədir. Orta statistik bal isə 300-dür. Mən cənab nazirə təklif edərdim ki, belə kənar işlərdənsə, təhsilin keyfiyyətinin qaldırılmasına diqqəti yönəltsin. Eyni zamanda müəllimləri müdafiə etsin. Azərbaycan müəllimləri bu gün çox zəhmətkeşdir. Onları qorxutmaq, işdən çıxarmaq, "bu və ya digər imtahanlara cəlb ediləcəklər" kimi fikirlər səsləndirmək doğru deyil. Bu nöqteyi-nəzərdən istərdim ki, nazirimiz səsimi eşitsin”.
Ş.Əsgərov xaricə üz tutan istedadlı gənclərlə bağlı məsələyə də diqqət çəkib:
"Azərbaycanda çox istedadlı, parlaq gənclər var. Amma çox təəssüf ki, bunlar Azərbaycanda qalmır, xaricə gedirlər. Düşünürəm ki, onları Azərbaycanda saxlasaq, Qarabağı aldığımız qədər böyük uğur qazanmış olarıq. Niyə? Çünki hər 100 gəncin ən azı 5-i çox istedadlıdır. Digərləri də onlardan geri qalmırlar. Bu gün xaricə gedən istedadlı gənclərin əksəriyyəti ideya generatorlarıdır. Onlardan İlon Mask, Mark Zukerberq , Stiv Cobs kimi insanlar çıxar. İstedadlı gənclərimizin ən azı 2-3-ü belə zəkalıdır. Lakin təəssüf ki, biz hər il onları gümüş boşqablarda xaricə təhvil veririk. Bunun qarşısını almaq lazımdır”.