29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Emin Əmirullayev savadlı yaşlı müəllimlərin sistemdə qalmasının tərəfdarıdır
“Sertifikatlaşma imtahanında iştirak edən hər 4 müəllimdən biri, yəni 24%-i minimal balı toplaya bilməyib. Müəllimlər öz fənləri ilə bağlı ən sadə suallara cavab verə bilməyib”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib:
“Əgər biz bu gün həmin müəllimlər barədə qərar verməsək, uşaqlarımızın gələcəyi olmayacaq. Bizim fikrimizcə, aşağı nəticə göstərən müəllim uşaqlara dərs deməli deyil. Başa düşürəm, onlar öz evlərində yaxşı ana, bacıdır. Amma biz uşaqların gələcəyini düşünməliyik. Biz demirik ki, həmin müəllimləri birbaşa ataq qırağa. Amma həmin müəllimlərə diplom verən, işə götürən də məsuliyyət daşıyır. Təkcə müəllimin üzərinə məsuliyyət yükləmək olmaz. Amma biz indi bu ağır qərarları verməsək, sonra çətin olacaq”.
Emin Əmrullayev, Foto: edu.gov.azNazir həmçinin qeyd edib ki, 2023-cü ildə 7-10 min arası müəllim imtahandan keçiriləcək.
O bildirib ki, özəl sektorda çalışan müəllimlər sertifikasiya imtahanlarına cəlb edilməyəcək və bu məsələ hələ nəzərdə tutulmur.
Nazir həmçinin yaşlı müəllimlərin nəticələrinə də toxunub.
“Elə müəllimlər var ki, 65 yaşı var, amma sertifikasiya imtahanında yüksək nəticə toplayıb. Təbii ki, həmin şəxslərin sistemdə saxlanmasının tərəfdarıyam”, – o deyib.
Emin Əmrullayev çıxışı zamanı saxta diplomlardan da danışıb.
Nazir qeyd edib ki, ölkədə əvvəllər külli miqdarda saxta diplomlar verilib:
“Saxta diplomların verilməsi ilə əlaqədar məhkəmə işləri, faktlar var. Amma biz yenə də həmin müəllimlərin biliklərini yoxlayırıq ki, əgər biliyi varsa, davam etsin. Bu da əlavə şansdır”.
İctimai dinləmə zamanı deputat Ceyhun Məmmədov bildirib ki, təhsildə olan problemləri kökündən həll etmək lazımdır:
Foto: Ceyhun Məmmədovun “Facebook” səhifəsindən“Problemin olmasından çoxları məsuliyyət daşıyır. Həmin müəllimləri kimlər işə qəbul edib, onlar necə məzun olublar? Bu suallara cavab verilməlidir. Fənnini bilməyən müəllimlər niyə gəlib dərs deməlidir? Eyni zamanda, bu gün sertifikasiyadan keçməyən müəllimlər var. Digər tərəfdən təhsildə tanışlıq məsələsini də aradan qaldırmalıyıq. Bu gün vəzifə başına gələn öz dostunu, qohumunu yanına gətirir. Bunun qarşısını almaq lazımıdır”.
Deputat Musa Qasımlı direktorların təyinatını tənqid edib:
“Hər kəs yaxşı bilir ki, müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu”.
O çıxışında deyib ki, məktəb direktorlarının çoxu tapşırıqla təyin olunub:
“Çobanın rəhbərlik etdiyi məktəbdən nə gözləmək olar. Adını yaza bilməyən biri məktəbi idarə edirsə, onda uşağa heç nə demək olmaz. Təhsil sahəsində islahatlar aparmaq lazımdır, yoxsa vəziyyət ürəkaçan olmayacaq. Kiminsə qohumları, tanışları yığışdırılmalıdır. Bunun qarşısını almasaq, bizi gələcəkdə fəlakət gözləyir”.
Musa Qasımlı. Foto: “trend”Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə müəllimlərin maaşlarının artırılması təklifi ilə çıxış edib:
“Bu gün təhsil sahəsində iki mühüm sosial sifariş var. Birincisi, təhsilin keyfiyyəti, ikincisi isə müəllimin əməkhaqqı artmalıdır. Növbəti ilin dövlət büdcəsindən müəllimlərin əməkhaqlarının artırılması üçün 56 milyon manat, diaqnostikadan keçən müəllimlərin əməkhaqqının artırılması üçün isə 168 milyon manat ayrılması nəzərdə tutulur”.
Foto:: Tahir Mirkişilinin şəxsi arxivindən“Sertifikatlaşdırmanın keçirilməsi vacib qərardır. Bu proses məktəblərdə hökmən getməlidir. Bütövlükdə, bu gün şagirdlərin yaxşı təhsil alması və müəllimlərin əməkhaqqının artırılması üçün sertifikatlaşdırma aparılmalıdır”, – deyə o qeyd edib.