Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Cənab Əmrullayev vətəndaşları NECƏ ALDADIB?.. - İTTİHAM VAR!

Tarix:7-02-2023, 17:05 Baxış Sayı:249

Cənab Əmrullayev vətəndaşları NECƏ ALDADIB?.. - İTTİHAM VAR!

Bir qrup vətəndaşlar tərəfindən şikayət məktubu daxil olub. Belə ki, Bayramova Aytəkin, Bəylərova Türkanə, Babayeva Xalidə, Şabanov Kamil, Qəhrəmanova Mehriban və Bəylərov Rafiq yazmış olduqları müraciətlərində bildirirlər ki, “Dövlət Başçısı cənab İlham Əliyev hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, məmurlara sadə, təvazükar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı tövsiyyə edib. Eyni zamanda ölkə başçısı insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedən məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulamışdır.

Əfsuslar olsun ki, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri nəinki Cənab Prezidentin göstərdiyi yolla deyil, özünün doğru bildiyi yolla gedir. Belə ki, bütün mətbuatda nazir Emin Əmrullayevin 27 yanvar 2023-cü ildə Sumqayıt şəhərində, Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinlərini qəbul edəcəyi xəbərlərinə inanaraq qəbula yazıldıq. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbul vaxtı 9:00-dan 18:00-a kimi olmasına baxmayaraq əraziyə 11:00-da gələn nazir Emin Əmrullayev artıq saat 15:00-da ərazini tərk edib bir daha geri dönmədi. Aralarında şəhid ailəsi, qazi, məcburi köçkün olan çox sayda vətəndaşlar qəbula yazılsalar da qəbul edilmədi. Qəbula düşənlərin çoxunu isə nazir Emin Əmrullayevin yerinə Elm və Təhsil Nazirliyinin nümayəndələri dinləyib. Nazirin qəbuluna düşmək ümidi ilə uzaq bölgələrdən Sumqayıt şəhərinə üz tutanlar Heydər Əliyev Mərkəzinin özündə saatlarla gözlədikdən sonra, kor peşiman evlərinə döndülər.

Dövlət məmuru hər zaman öz mövqeyi dövlətçiliyə sədaqəti, vətəndaşların problemlərini dinləmək bacarığı ilə seçilən insandır. Biz bunu Emin Əmrullayevdə görmədik. Bu qədər insanı qəbula yazıb sonra vaxtından əvvəl məkanı tərk etmək, vətəndaşları saatlarla boşuna gözlətmək zənnimizcə insanların heysiyyatına toxunmaq, sadə vətəndaşları ələ salmaqdır.

Bütün bunlar azmış kimi bir çox xəbər saytlarında “Elm və Təhsil Naziri Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edib” başlıqlı sərlövhələr dərc etdirməklə, Dövlət Başçımızı və cəmiyyəti aldatmağa yönəlmiş bir addım hesab edirik. Emin Əmrullayev vətəndaş qəbulunun necə və hansı qaydada həyata keçirildiyini bilmirdisə ondan əvvəl Sumqayıt şəhərində vətəndaşları yüksək səviyyədə qəbul edib, problemlərini dinləyən Hörmətli Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazovdan öyrənərdi.

Xahiş edirik bizim şikayətimizin Ali Baş Komandan İlham Əliyev Cənablarına və xalqımıza çatdırılması üçün qəzetinizdə dərc olunmasını təmin edəsiniz.

Öncədən Sizlərə minnətdarıq.”

 

“Gündəm Xəbər”

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL