29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
AzadlıqRadiosunun Ukrayna xidməti tərəfindən aparılan yeni araşdırma 2022-ci ilin martında Rusiyanın işğalı altında olan Buçada mülki şəxslərin kütləvi edamı haqqında yeni məlumatlar təqdim edir. Bunlar kamera və dron görüntülərinə əsaslanır.
Görüntüdə Zavodska küçəsində rusiyalı hərbçilərin aydın işarələnmiş mülki avtomobilləri pusquya salaraq xəbərdarlıq etmədən atəş açması əks olunub.
Başından güllə yarası alsa da, sağ qalan Mikola Brednev hücum zamanı güllələrin avtomobili dəlib keçdiyini və bir neçə nəfərin öldüyünü bildirib. Bir neçə saat sonra dron vasitəsilə çəkilən görüntü hadisə yerində "V" simvolu ilə işarələnmiş Rusiya zirehli vasitələrinin olduğunu təsdiqləyib.
Hücumda iştirak edən hərbçilərin Pskov paraşütçüləri kimi tanınan 234-cü Hava Hücum Alayından olduğu güman edilir. Ərazinin yaxınlığındakı müşahidə kameralarının görüntüləri bu bölmənin əsgərlərinin qətldən bir gün əvvəl ərazidəki binaları qarət etdiklərini və əmlaka zərər verdiklərini göstərir.
Tədqiqatçılar bildiriblər ki, qırğın zamanı bu alay əraziyə nəzarət edirdi.
Ukrayna rəsmilərinin məlumatına görə, Buçada olan 2 min 500-dən çox rusiyalı əsgərin şəxsiyyəti müəyyən edilib. Onlardan 100-ü müharibə cinayətlərində şübhəli bilinir, 34-ü isə rəsmi olaraq şübhəli şəxslər siyahısına alınıb.
Ukrayna Milli Polisi 72 qətlin üstünün açıldığını, 24 ittiham aktının artıq məhkəməyə göndərildiyini bildirib.
Ümumilikdə, Buçada 358 mülki şəxs öldürülüb və bu ölümlərdən 300-dən çoxu Rusiya qüvvələri ilə birbaşa əlaqəlidir.
Qurbanların çoxu yandırılıb, bu da onların şəxsiyyətlərinin müəyyənləşdirilməsini çətinləşdirib.
"İdentifikasiya prosesi davam edir. Bir il əvvəl bizdə 60 naməlum cəsəd var idi. İndi bu rəqəm 13-dür. Bu cəsədləri hansı şəraitdə tapdığımıza görə proses (şəxsiyyətlərin müəyyənləşdirilməsi) bir qədər mürəkkəbdir - ruslar onları yandırıb. Lakin bu proses davam edir, müvafiq məhkəmə-tibbi ekspertizaları aparılır", - Ukrayna Milli Polis İdarəsinin rəisi Dmitri Şevçuk bildirib.
33 gün müddətində, 2022-ci il fevralın 27-dən martın 31-dək Buça Rusiya qüvvələrinin işğalı altında olub və bu müddət ərzində 12-si uşaq olmaqla 561 mülki şəxs həlak olub.
Ukrayna qüvvələrinin şəhəri azad etməsindən sonra kütləvi qətllərin aşkarlanması qlobal səviyyədə hiddətə səbəb olub, atəşkəs danışıqları pozulub və Ukraynaya beynəlxalq dəstək daha da güclənib.