29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Natiq Güləhmədoğlu
Bütün nümunəvi vətəndaşlar kimi, mən də öz elmi potensialımı qüvvətləndirmək üçün vaxtaşırı bizim Milli Elmlər Akademiyasının saytına qonaq oluram. Hər belə “vizit” məndə özünə inam doğurur. Çünki oxumağa, öyrənməyə təzə heç nə tapmıram. Bunu da belə başa düşürəm ki, elmin bütün incəliyinə vaqif olmuşam, daha əxz ediləsi, oxumalı yeni heç nə qalmayıb.
Ortaya heç bir məhsul qoymasa da Akademiyamızda 9 min alim, elmi işçi çalışır. Onlar hər il 80 milyon manatın altından girib üstündən çıxırlar. “Heç nə” dünyanın heç yerində bizdəki qədər bahalı “məhsul” deyilmiş. 80 milyon!
***
Elmi ixtiradan məhrum olsa da, bu dəqiqə bizim akademiya yetimlərin anası-atası rolunda çıxış edir. Zarafat deyil, 40-a yaxın institutu var, 9 min işçisi. Öz aramızdı, heç Azərbaycan tarixinə “böyük xeyiriyyəçi” kimi düşən Hacı Zeynalabidin də bu qədər adama dolanışıq bəxş eləməyib. Akademiyamız isə edir. Özü də təmənnasız.

Akademiyanın institutlarında işləyən yoldaşların çoxu, imkanınız olsa yoxlayın, yarımştatdır. Buna baxmayaraq, o adamlar gedib Akademiyanın mərkəzi şöbəsində tam ştatla da çalışırlar. Bu “əməksevərlik” büdcənin anasını ağlatsa da, alimlərimizin formada qalması üçün müstəsna rol oynayır. Alimlərimiz akademiyanın şöbələri arasında gün boyunca var-gəl etməklə, artıq çəkidən, təzyiqdən, stresdən azad olurlar. Bu yolla onlar əzələ tonusların qaydaya salır, həzm proseslərin tənzimləyir və beləliklə, biz ölkəmiz, cəmiyyətimiz üçün fiziki hazırlığı yüksək, sağlam vətəndaş qazanırıq. Məhz bunun nəticəsidir ki, biz tez-tez akademiyanın müxtəlif institutlarından “əngəqoydu” janrında xəbərlər alırıq. Mən onları böyük şövqlə oxuyuram. Hesab edirəm ki, Hollivudun mənasız, həyatilikdən uzaq, eləcə də milli çalardan məhrum “boyevik” filmlərin izmələmdənsə, alimlərimizin “əmək fəaliyyətin” oxumaq daha faydalıdır.
İnanmırsınızsa, bir nümunə ilə tanış olaq. Aşağıda oxuyacağınız hekayəti bir alimimiz dövlət başçısına ünvanladığı məktubda nəql edib:
“Gədəbəy rayon hərbi komissarlığında 17b (nevrosteniya, psixoteriya) diaqnozu ilə hərbi xidmətə tam yararsız, 6 dəfə ailəli olub boşanmış və bir qız övladına (Yasamal rayon məhkəməsinin- İş № 2 (004)- 6693/2014 saylı qətnaməsinə əsasən) aliment belə ödəməyən, şəxsi işinin içində adı, soyadı və atasının adının naməlum səbəblərdən kökündən dəyişməsi barədə heç bir hüquqi sənəd və məhkəmə qərardadı olmayan, sonradan isə 25 iyul 1979-ci il təvəllüdlü X. Y. Z (etika naminə ad və soyadda dəyişiklik edirəm-N.G) oğlu kimi saxta şəxsiyyət vəsiqəsinə sahiblənən, əslində isə 01.02.2003-cü ildə aldığı şəxsiyyət vəsiqəsində M.R bədənimin müxtəlif nahiyələrinə ağır bədən xəsarətləri yetirib. Səbəb isə onun dövlət əleyhinə, 02 aprel 2016-cı il döyüşləri zamanı ordumuzun şanlı və zəfər döyüşlərinə xələl gətirən və səsləndirdiyi yazılması mümkün olmayan küçə söyüşlərinə mənim obyektiv şəkildə reaksiyamın olması oldu. O, mənim bu obyektiv reaksiyama şəxsiyyətimi, şərəf və ləqayətimi alçaldan küçə söyüşləri ilə təhqir etdi və xuliqanlıq hərəkətlərini davam etdirməyə başladı. Mən bu barədə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadəyə rəsmi məlumat vermək üçün AMEA-nın inzibati binasının 4-cü mərtəbəsində lift gözləyərkən dəhlizdə mənim boyun nahiyəmin arxasından qəflətən vuraraq, ayaq zərbəsi ilə məni yerə yıxmış, təpik zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə qüvvətli zərbələr endirmiş, əlindəki bıçaqla diz nayihələrimin müxtəlif yerlərini dəlib- deşmişdir, dəhlizdə sürüyərək köynəyimi və şalvarımın dizlərini cırmışdır”.
Hesab edirəm ki, alimlərimizin, Elmlər Akademiyasının potensiyalından lazımınca bəhrələnməliyik. Çox yaxşı olardı ki, qoluzorlu, təpiyi kəskin, biləyi dəmirə dönən alimlərimiz ağırlıqqaldırma, güləş, boks, uzunluğa tullanma kimi beynəlxalq yarışlara cəlb olunsun. Onlar ölkəmizin idman şərəfini ucaltmağa qabildirlər!