Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Beş-altı, hətta on il öncə Türkiyədə, eləcə də Azərbaycanda belə bir əndişə vardı ki, dünya erməniləri var güclərini bir araya qoyacaq və 2015-ci ildə, “erməni genosidi”nin 100-cü ildönümündə bunu bütün dünyada tanıtdıracaqlar.
O zaman belə bir təhlükə çox real idi. Avropada və ABŞ-dakı erməni diasporu, həm də diasporun maliyyələşdirdiyi erməni lobbisi bu istiqamətdə intensiv çalışmalar edir, müxtəlif tədbirlər keçirir, saysız-hesabsız kitablar nəşr etdirir, dünyaca ünlü aktyorların iştirakı ilə filmlər çəkdirir, bir sözlə, yüz oyundan çıxırdılar.
Həmin fəaliyyətin müəyyən nəticələri də vardı: əksər Avropa dövlətləri, ABŞ ştatlarının çoxu parlament səviyyəsində tarixdə “erməni genosidi” adlı cinayət olduğu barədə qanunlar, qətnamələr qəbul etdilər.
Hətta Fransa parlamenti “erməni genosidi”ni tanımayanlara, inkar edənlərə qarşı da qanun qəbul etdi. Bu, söz və fikir azadlığı kimi konstitusion hüquqlara zidd olsa da, fransızlar bəzi məşhur ziyalıları bu qanunla mühakimə etməkdən belə çəkinmədilər.
Vədə yetişdi, 1915-ci il hadisələrinin 100 illiyi tamam oldu, bu az qala bütün dünyada ermənilər tərəfindən geniş tədbirlərlə qeyd olundu, amma ermənilərin yarasını sağaltmadı. ABŞ prezidenti yenə “genosid” kəlməsini dilinə gətirmədi, erməni dilindəki “meds yagern” (“böyük fəlakət”) deməklə kifayətləndi.
Belə məlum oldu ki, dünya ölkələrinin parlamentləri tərəfindən qəbul edilən “genosid qanunları”nın elə bir əhəmiyyəti, qüvvəsi yoxdur, bu, sadəcə, ermənilərə təsəlli olsun deyə qəbul edilmiş, hüquqi səciyyə daşımayan bir sənəddir.
Qeyd edək ki, bir çox ölkələrin parlamentləri də ard-arda “Xocalı faciəsi”nə dair bənzər sənədlər qəbul etdilər. Ancaq bu da hüquqi müstəviyə çıxmadı, eləcə təbliğat baxımından, Xocalı soyqırmının dünyada bilinməsi sarıdan effektli oldu.
Əslində isə 1992-ci ilin fevralında Xocalıda törədilən amansız bəşəri və hərbi cinayətə görə əldə o qədər sənədlər, görüntülər, şahid ifadələri var ki, bunlara Haaqa hərbi tribunalında baxıla bilərdi.
Ermənilər 102 il əvvəl baş vermiş, daha çox uydurma nağıllar və əfsanələrdən ibarət olan “genosid” söhbətləri ilə dünyanın zara gətirdikləri halda biz əlimizdə bu qədər sənəd ola-ola hələ də heç nə edə bilmirik.
Fəqət, Xocalı soyqırımı ilə bağlı təbliğat işlərinin intensivləşdirilməsinin bir xeyri oldu ki, artıq Avropada müxtəlif dairələr ermənilərin o qədər yazıq, fağır olmadıqlarını, rus qoltuğuna sığınaraq işğalçılıq etdiklərini, qətliamlar törətdiklərini bildilər, anladılar.
20-25 il öncə dünya ictimaiyyəti “Qafqazda əzilən, məhv edilən ermənilər”dən danışırdısa, indi o ritorika dəyişib, bu söhbət geniş meydanlardan, dairələrdən yığışaraq kiçik auditoriyalara yerləşib.
İndi dünyanın, Avropanın öz böyük fəlakətləri var, Qafqazda yaşayan iki kiçik dövlətin intriqası ilə baş-beyninin xarab edilməsini istəmir.
Günümüzə Yaxın Şərqdə daha real, qəddar qətliamlar törədilir, bu müharibələrdə yarım milyon mülki insan ölüb, milyonlarla insan yer-yurdundan didərgin düşüb.
Bu baxımdan Osmanlı sultanının 102 il öncə aprelin 24-də ermənilərin aktiv müharibə zonasından başqa yerlərə köçürülməsi barədə verdiyi fərman və ondan sonra baş verən tələfatlar dünya ictimaiyyətinin fikrini məşğul edəcək onuncu dərəcəli məsələdir.
Hazırda bütün Avropa Əsəd rejiminin, İŞİD güruhunun törətdiyi qətliamları durdurmaq, Şərq ölkələrindən axışan milyonlarla qaçqının qabağını almaq barədə düşünür.
Bununla belə, erməni başbilənləri bu “genosid nağılları”ndan heç zaman vaz keçməyəcəklər. Onlar ümid edirlər ki, nə vaxtsa ABŞ-ın başına elə bir prezident gələcək ki, o, “bəli, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı soyqırım siyasəti yeridilib” deyəcək. Amma sonra nə olacaq? Bunu dəqiqliyi ilə bilmirlər, sadəcə, ümid edirlər ki, sonra yaxşı olacaq.
Budur Vayominq ştatının da tanımasıyla “erməni genosidi”nə dair sənəd qəbul edən ABŞ ştatlarının sayı 45 olub. Ermənilər sevinirlər. Geridə 5 ştat qalıb. Onlar da tanısalar, nəsə olacaq.
Beləcə, 70 ildir ki, ermənilər həyatlarını bu işə həsr ediblər. Dünya isə düzəlmir ki, düzəlmir, qətliamlar davam edir. Ermənilər üçün dünyanın dərdi bir yanadır, özlərininki bir yana.