Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

İran və Ermənistan yük maşınları üçün sərhəd rüsumlarını qarşılıqlı ləğv edir

Tarix:28-10-2023, 17:03 Baxış Sayı:129

İran və Ermənistan yük maşınları üçün sərhəd rüsumlarını qarşılıqlı ləğv edir Yerevan və Tehran yük maşınlarından dövlət sərhədini keçərkən alınan rüsumları qarşılıqlı qaydada ləğv edəcəklər.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu siyasi razılaşma barədə məlumat Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın və İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın görüşü zamanı verilib.
Sanosyan izah edib ki, bu razılaşmaya əsasən İran ərazisindən tranzit kimi istifadə edərək üçüncü ölkələrə gedən Ermənistan yük maşınlarından sərhəd rüsumu alınmayacaq. Ermənistan ərazisindən tranzit kimi istifadə edən İran yük maşınlarına da eyni qayda şamil ediləcək.
İran naziri isə vurğulayıb ki, yeni qayda hər iki tərəf üçün sərfəli olacaq, çünki yük maşınlarının daşıdığı mallar istehlakçıya daha ucuz qiymətə çatdırılacaq.
Azatutyun yazır ki, bu razılaşmanın nə vaxtdan tətbiq olunacağı hələ ki, məlum deyil. Bunun üçün yeni qaydanın qanunvericilik aktı səviyyəsində təsdiqi tələb olunur.

Rüsumlar

Məlumatda deyilir ki, hazırda Ermənistan sərhədini keçən İran yük maşınları ekoloji və dövlət rüsumlarından başqa, həm də 250 dollar civarında yol vergisi ödəyirlər.
İki ölkə arasında əldə olunmuş razılaşma məhz bu ödənişlərə aiddir.
Bundan əvvəl Ermənistan İranın yük maşınları üçün müəyyən vergi güzəştləri edib.
2018-ci ildə Ermənistan hökuməti yüklərini Meğri vergi ərazisində boşaldan İran maşınlarını yol vergisindən azad etmişdi.
Lakin üç il sonra Ermənistan hökuməti bu güzəştləri ləğv etmişdi.
Azatutyun yazır ki, Meğridə İrandan gələn maşınların 10-15 faizinin yükü boşaldılır. Halbuki İrandan Ermənistanın başqa rayonlarına gedən yük maşınları 250 dollar məbləğində rüsum ödəməli olurdular.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL