Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Rusiya Liviyada hərbi baza qurmaq istəyir

Tarix:7-11-2023, 16:34 Baxış Sayı:159

Rusiya Liviyada hərbi baza qurmaq istəyir Kreml Liviyada Rusiyanın hərbi bazasının tikintisi üçün bu ölkənin rəhbərliyi ilə danışıqlar aparır.
Bloomberg yazır ki, Liviyada bazasının olması Rusiya hərbçilərinə Avropa İttifaqının bütün ölkələrini izləmək imkanı verəcək.
Məqalədə deyilir ki, danışıqlar uğurla nəticələnərsə, Rusiya bu bazada daimi əsasda hərbi gəmilərini saxlaya biləcək.
Ehtimal ki, söhbət Liviyanın Aralıq dənizi sahillərindəki Tobruk limanından gedir.
Bloomberg-in mənbələri bildirirlər ki, danışıqlar uğurla nəticələnərsə, Rusiya Liviyadakı bir neçə hərbi hava bazalarından istifadə edə biləcək.
Bunlar yaxın vaxtlaradək Rusiyanın Vaqner özəl hərbi şirkətinin ixtiyarında idi.

Putinlə görüşdən sonra

Agentlik diqqəti belə bir məqama çəkir ki, baza barədə danışıqlar Vladimir Putin 2023-cü ilin sentyabrında Moskvada Liviya ordusunun generalı Xəlifə Həftarla görüşdükdən sonra başlanıb.
Rusiya muzdluları Həftarın tərəfində döyüşürdülər və neft mədənlərinin mühafizəsi vəzifəsi də onların üzərinə düşürdü.
Bloomberg agentliyinin mənbələri iddia edirlər ki, Liviya ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsi müqabilində Həftar Putindən hava hücumundan müdafiə sistemləri və pilot və xüsusi təyinatlılara təlim verilməsində kömək istəyib.
ABŞ-ın Liviya üzrə keçmiş xüsusi nümayəndəsi Conatan Uaynerin sözlərinə görə Rusiyanın Aralıq dənizindən kənarda saxlanması əsas strateji vəzifədir:
“Əgər Rusiya orada dəniz limanları əldə etsə, bu, Moskvaya bütün Avropa İttifaqı ölkələrindən casusluq etmək imkanı verəcək”.

Türkiyə və başqa oyunçular

Liviya lideri Müəmmar Qəzzafi 2011-ci ildə devrildikdən sonra bu ölkədə vahid hakimiyyət yoxdur.
Beynəlxalq birlik tərəfindən tanınan Faiz Saracın hökuməti Tripolidə yerləşir. BMT və əksər ölkələr məhz bu hökuməti legitim sayırlar.
Liviya milli ordusunun dəstəklədiyi general Həftar hökuməti isə Tobrukda qərar tutub.
Bundan əvvəl Tripoli hökumətini Ankara himayə edirdi. Əslində əgər Türkiyənin dəstəyi olmasaydı, Tripoli hökuməti çökə bilərdi.
Liviya Milli Ordusuna Birləşmiş Ərəb Əmirliklərinin, Misirin, Rusiya və bir sıra başqa ölkələrin dəstək verdiyi bildirilir.
Putin 2020-ci ildə etiraf etmişdi ki, Liviya münaqişəsində Rusiya vətəndaşları da iştirak edə bilər.
O iddia etmişdi ki, belələri Rusiya dövlətindən məvacib almırlar və Rusiyanın maraqlarını təmsil etmirlər.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL