Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

İranda 45 ildən çox həbsə məhkum edilmiş fəala yeni cəza kəsilib

Tarix:15-11-2023, 18:56 Baxış Sayı:180

İranda 45 ildən çox həbsə məhkum edilmiş fəala yeni cəza kəsilib İranda “düşmən ölkə ilə əməkdaşlıq”da, “Allaha qarşı müharibə aparmaq”da təqsirli bilinərək 45 ildən çox həbsə məhkum edilmiş siyasi fəala daha bir həbs cəzası kəsilib. Hişmətullah Tabarzadi bu dəfə “sistemə qarşı propaqanda”, “daxili və xarici təhlükəsizliyi pozmaq cəhdi” ittihamları ilə 4 il 3 aylıq həbsə məhkum edilib.

Siyasi fəallara təzyiq dalğası

400 günə yaxındır həbsdə olan Tabarzadinin həbsdən göndərdiyi məktubu AzadlıqRadiosunun fars xidməti – Radio Fərda əldə edib. Məktubda deyilir ki, yeni hökm Tehrandakı İslam İnqilab Məhkəməsində qapalı iclasda, hakim İman Əfşari tərəfindən çıxarılıb.
Tabarzadi məktubunda saxlanma zamanı məruz qaldığı geniş təzyiqdən söz açır.
Siyasi fəal 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etirazlar başlayandan az sonra saxlanılıb. Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan sonra vəfat edib, bunun ardınca başlanan iğtişaşlar siyasi fəallara qarşı yeni təzyiq dalğası ilə sonuclanıb.
Jurnalist Tabarzadi həm də qadağan olunmuş İran Demokratik Cəbhəsinin başçısıdır. O yazır ki, məhkəməsindən öncəki gecə İsfahandakı həbsxanadan Tehranda sərt qorunan təcridxanaya – təkadamlıq kameraya köçürülüb.

Özünü müdafiə etməyib

Tabarzadi məhkəmədə özünü müdafiə etmədiyini deyir, çünki “qanuna və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərinə uyğun olaraq, məhkəmə açıq, müstəqil və vəkilin iştirakı ilə keçirilməlidir”.
Qızı Tima Tabarzadinin Radio Fərda-ya dediyinə görə, atası daha öncə olduğu kimi, yeni ittihamların heç birini qəbul etməyib.
“Atamın vəkil seçmək variantı yoxdur. Ona məhkəmə tərəfindən vəkil təyin olunub və onunla əlaqəmiz yoxdur”, – deyən qız əlavə edib ki, atası məhkəməni tanımadığı üçün hökmdən şikayət də verməyəcək.
“Onun vəkili Məhəmməd Moqimi hazırda İrandan kənardadır və İranda olsaydı belə, ona işə çıxmağa icazə verməyəcəkdilər”, – Tima Tabarzadi vurğulayıb.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL