Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Ötən il dünyada əsas silah istehsalçılarının gəliri azalıb

Tarix:4-12-2023, 13:26 Baxış Sayı:164

Ötən il dünyada əsas silah istehsalçılarının gəliri azalıb 2022-ci ildə dünyada 100 ən böyük şirkətin silah və hərbi xidmət satışından gəliri, tələbdə kəskin artıma baxmayaraq 3.5 faiz azalıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dekabrın 4-də yaydığı hesabatda belə deyilir.
Ötən il 100 əsas şirkətin silah istehsalı və hərbi xidmətdən gəliri 597 milyard dollar olub.
SIPRI gəlirdə azalmanı, əsasən, ABŞ və Rusiya şirkətlərinin silah satışından gəlirinin düşməsi ilə izah edir, sifarişin növbəti illərdə artacağını proqnozlaşdırır.
“2022 və 2023-cü illərdə sifariş blankları və silaha tələbin artması gələn illərdə ilk 100 şirkətin silah satışından gəlirinin əhəmiyyətli artacağını göstərir”, – qurum bildirir.

2015-ci ildən bəri…

Hesabat onu da üzə çıxarıb ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumu 2022-ci ildə silah tələbatını yüksəldib. Ancaq işçi çatışmazlığı, qiymətlərin artması, təchizat zəncirində pozuntular bir çox şirkətlərin istehsalı artırma səylərini əngəlləyib.
İllik azalmaya baxmayaraq, 2022-ci ildə əsas 100 şirkətin silah satışından gəliri 2015-ci ildəkinə nisbətən 14 faiz yuxarı olub. SIPRI məhz 2015-ci ildə Çin şirkətlərini də reytinqə salmağa başlayıb.
Siyahının başında ABŞ-ın “Lockheed Martin”, “Raytheon Technologies” və “General Dynamics” şirkətləri gəlir.
ABŞ və Rusiya silah istehsalçılarının gəlirinin azalmasına baxmayaraq, Asiya və Yaxın Şərq şirkətlərinin gəliri əsaslı şəkildə artıb.
Yaxın Şərqdən 100-lüyə düşən yeddi şirkətin silah gəliri 11 faiz artaraq 17.9 milyard dollara yüksəlib. Bu, region üzrə ən böyük illik artımdır.

Çin, Rusiya, Ukrayna

SIPRI-nin məlumatına görə, 2022-ci ildə Çin ilk 100 şirkətin silah gəlirlərinin 18 faizini əhatələyib. Birləşmiş Ştatlar 51 faizlə birinci yerdədir.
Reytinqdəki səkkiz Çin şirkətinin toplam gəliri 108 milyard dollar olub.
İlk yüzlükdəki yeddi Britaniya şirkətinin cəmi illik gəliri isə 41.8 milyard dollara bərabərləşib.
İki Rusiya şirkətinin silah satışından toplam gəliri 12 faiz azalaraq 20.8 milyard dollara bərabər olub. SIPRI bildirir ki, Rusiyanın silah industriyasında şəffaflıq azalmaqdadır, ümumilikdə Rusiya şirkətləri haqda məlumat çatışmazlığı mövcuddur.
Top 100-də yeganə Ukrayna şirkəti “UkrOboronProm”un silah satışından illik gəliri 10 faiz azalaraq 1.3 milyard dollara bərabərləşib. Əslində, şirkətin gəliri nominal ifadədə yüksəlib, ancaq ölkədəki yüksək inflyasiya buna təsirini göstərib.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL