Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

İsrail Qəzzanı bombalayır, HƏMAS-ın məhv olma həddinə çatdığını deyir

Tarix:12-12-2023, 13:35 Baxış Sayı:197

İsrail Qəzzanı bombalayır, HƏMAS-ın məhv olma həddinə çatdığını deyir Dekabrın 12-də İsrail Qəzzanı bombalamağa davam edib, HƏMAS radikal qruplaşmasına qarşı kampaniyasının onu məhv həddinə çatdırdığını bildirib.
ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu qruplaşma kimi tanıyır.
“France-Presse” yazır ki, humanitar təşkilat rəhbərləri mühasirəyə salınmış anklavda tezliklə xəstəlik və aclığın baş alıb gedəcəyindən qorxur, İsrailə diplomatik təzyiq göstərirlər ki, dinc sakinləri qorumaq üçün səylərini gücləndirsin.
Dekabrın 12-də döyüşlər amansızlıqla davam edib. HƏMAS Qəzzanın mərkəzində toqquşmaların getdiyini bildirir, şahidlər İsrailin anklavın cənubuna ölümcül zərbələr endirdiyini deyirlər.
Misirlə sərhəd yaxınlığındakı Rəfah şəhərində İsrailin hava zərbələrindən azı 12 nəfərin öldüyü, on minlərlə insanın sığınacaq axtardığı xəbər verilir. Məlumatı Fələstinin rəsmi “Wafa” xəbər agentliyi yayıb.

Xan Yunisdə döyüşlər davam edir

Bazar ertəsi – dekabrın 11-də isə Qəzzanın cənubunda əsas şəhər olan Xan Yunisə zərbələr endirilib, hazırda döyüşlərin episentri buradır.
“HƏMAS məhv olma həddindədir, İsrailin Müdafiə Qüvvələri onun son istehkamlarını ələ keçirir”, – İsrailin müdafiə naziri Yoav Qallant dekabrın 11-də axşam deyib.
Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücumu ilə başlayıb. İsrail min 200 nəfərin öldürüldüyünü, 240 nəfərin girov götürülərək Qəzzaya aparıldığını bildirib. Girovların bir qismi sonradan buraxılıb.
İsrail buna cavabında Qəzzanın böyük hissəsini yerlə-yeksan edib, əsasən qadınlar və uşaqlar olmaqla azı 18 min 200 nəfərin öldürüldüyü bildirilir.

Qəzzada humanitar vəziyyət

BMT anklavın 2.4 milyonluq əhalisindən yarısı uşaqlar olmaqla, 1.9 milyon nəfərin müharibə nəticəsində didərgin düşdüyünü bildirib.
İsrail daha öncə mülki əhalini cənuba getməyə çağırırdı. İndi cənubda döyüşlər, ağır bombardman fonunda əhali üçün getməyə yer qalmayıb.
Aİ-nin baş diplomatı Jozep Borrel dekabrın 11-də deyib ki, Qəzza sakinləri fəlakətli vəziyyətlə üzləşiblər. O, ərazidəki dağıntıları İkinci Dünya müharibəsində Almaniyada baş verənlərlə müqayisə edib.
Hazırda Qəzzadakı 36 xəstəxanadan yalnız 14-nün tam gücü ilə işlədiyi bildirilir.
Dekabrın 12-də BMT Baş Assambleyasında Qəzzada dərhal humanitar atəşkəs tələb edən, hüquqi qüvvəsi olmayan qətnamə layihəsi müzakirəyə çıxarılacaq. İndiyədək Təhlükəsizlik Şurası belə bir çağırışla çıxış etməyib.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL