Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

İsrail Qəzzada müharibənin aylarla çəkəcəyini deyir

Tarix:16-12-2023, 17:53 Baxış Sayı:181

İsrail Qəzzada müharibənin aylarla çəkəcəyini deyir Dekabrın 15-də İsrail Qəzza zolağında əməliyyatları davam etdirib. Təl-Əviv əsas dəstəkçisi olan Birləşmiş Ştatlara bildirib ki, HƏMAS radikal qruplaşmasını məhv etməyi hədəfləyən müharibə “bir neçə aydan çox” çəkəcək.
ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.
Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qəfil hücumu ilə başlayıb, İsrail rəsmiləri, əsasən, dinc sakinlər olmaqla min 200-dək insanın öldürüldüyünü bildirilir. Girov götürülən 240 nəfərin bir qismi isə qısamüddətli humanitar atəşkəs zamanı buraxılıb.

İtkilər

İsrail HƏMAS-ın məhvi, girovları qaytarmaq üçün Qəzza zolağını bombardman etməyə başlayıb.
Qəzzada səhiyyə rəsmiləri azı 18 min 700 nəfərin öldürüldüyünü, onların çoxunun qadınlar və uşaqlar olduğunu deyirlər.
Dekabrın 15-də səhər yayılan xəbərlərə görə, Qəzzanın cənubundakı Xan Yunis şəhərinə İsrailin zərbələrində onlarla adam öldürülüb, yaxud yaralanıb.
Ötən gecə Misirlə sərhəd yaxınlığındakı Rəfah şəhərində fələstinlilər İsrailin zərbəsindən sonra binaların dağıntıları altında qalanları fənərlərlə axtarıblar.
“Yaşayış məhəlləsidir, gördüyünüz kimi, burada uşaqlar və qadınlar yaşayır. Bu məhəllə yerlə-yeksan edilib”, – Rəfahda yaşayan Əbu Ömər “France-Presse” agentliyinə deyib.
İsrailin Qəzza zolağının cənubundakı Rəfahı bombardman etməsindən sonra dağıdılmış binaların dağıntıları arasında sağ qalanların axtarışı
İsrailin Qəzza zolağının cənubundakı Rəfahı bombardman etməsindən sonra dağıdılmış binaların dağıntıları arasında sağ qalanların axtarışı
İsrail ordusunun sözçüsü Daniel Haqarinin sözlərinə görə, hərbçilər dekabrın 14-də gecə Qəzza şəhərinin iki rayonunda radikal silahlılarla döyüşüblər.
“Üzümüzə gələn günlərdə daha ağır döyüşlər olacaq”, — o deyib.
İsrail ordusunun dekabrın 15-də yaydığı məlumatda deyilir ki, quru əməliyyatı başlayanı Qəzzada 117 hərbçisi həlak olub.

ABŞ-ın reaksiyası

Birləşmiş Ştatlar İsrailin HƏMAS-ın hücumuna reaksiyasını qətiyyətlə dəstəkləyir, amma müttəfiqini dinc sakinlər arasında ölümləri azaltmağa çağırıb.
Dekabrın 14-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant ilə görüşüb. Qallant xəbərdarlıq edib ki, İsrailin HƏMAS-la savaşı “bir müddət – bir neçə aydan çox çəkəcək, amma biz qalib gələcəyik, onları məhv edəcəyik”.
ABŞ prezidenti Co Bayden (Joe Biden) Vaşinqtonda çıxışında İsraili Qəzzadakı dinc sakinlərə diqqətlə yanaşmağa çağırıb.
“Onların dinc sakinləri xilas etməyə fokuslanmasını, HƏMAS-la müharibəni dayandırmamasını, amma daha diqqətli olmasını istəyirəm”, – Bayden deyib.
Vaşinqton indiyədək İsrailə milyardlarla dollarlıq hərbi yardım ayırıb.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL