Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

Tarix:12-01-2024, 14:52 Baxış Sayı:807

ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur ABŞ və Böyük Britaniya Yəməndə husilərin hərbi mövqelərinə zərbələr endirib.
“Reuters” bunun 2016-cı ildən bəri Birləşmiş Ştatların Yəməndə husilərə ilk zərbələri olduğunu yazır.
BBC-nin məlumatına görə, ABŞ və Britaniyanın aviasiyası və döyüş gəmiləri cümə gününə keçən gecə Yəməndə husi üsyançılarını vurmağa başlayıb. Zərbələrin, əsasən, Hüdeydə limanında və Yəmənin paytaxtı Sənada hədəflərə endirildiyi xəbər verilir.
Yəmənin böyük hissəsinə nəzarət edən husilər ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-a dəstək nümayişi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar gerçəkləşdirirlər. Bu hücumlar Avropa və Asiya arasında əsas marşrut üzrə beynəlxalq ticarəti pozub. Müxtəlif gəmiçilik şirkətləri regionda fəaliyyəti dayandırıb, gəmilərini Afrika ətrafına yönəldib.
Hazırda İsrail Qəzzada HƏMAS-a qarşı quru əməliyyatlarını davam etdirir.

Yəmən husiləri tərəfindən ələ keçirilən "Galaxy Leader" ticarət gəmisi Əl-Salif sahillərində lövbər salır.
Yəmən husiləri tərəfindən ələ keçirilən “Galaxy Leader” ticarət gəmisi Əl-Salif sahillərində lövbər salır.

ABŞ “dözməyəcəyik” deyir

ABŞ prezidenti Co Bayden (Joe Biden) bildirib ki, Yəmənə zərbələrdə məqsəd Birləşmiş Ştatlar və müttəfiqlərinin İranın dəstəklədiyi üsyançı qrupların Qırmızı dənizdə artan hücumlarına dözməyəcəyini göstərməkdir. Bu hücumlar gəmiçiliyin azadlığına, ABŞ personalına, mülki gəmiçiliyə təhdid yaradır.
Britaniyanın baş naziri Rişi Sunak (Rishi Sunak) zərbələri “vacib və mütənasib” adlandırıb: “Beynəlxalq ictimaiyyətin dəfələrlə xəbərdarlığına baxmayaraq, husilər Qırmızı dənizə hücumları davam etdiriblər.
Ağ evin məlumatına görə, husilərin pirat hərəkətlərinə görə azı 2 min gəmi Qırmızı dənizdən keçməməyə çalışır, əlavə minlərlə kilometr qət edir. Məlumatda deyilir ki, azı 20 ölkədən dənizçilər ya girov götürülüb, ya da husilərin piratçılığına məruz qalıb.

Rusiya təcili iclas tələb edir

Rusiya və husilərin əsas dəstəkçisi İran Yəmənə zərbələri pisləyib, bunun Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcəyini bildirib.
“Bu özbaşına hərəkətlər Yəmənin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquq və qaydaların aşkar pozulmasıdır… Bu özbaşına hücumların regionda qeyri-sabitlik və təhlükəliliyi artırmaqdan başqa bir nəticəsi olmayacaq”, – İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nasir Kənani vurğulayıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Moskva Yəmənə hava zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Husilərin sözçüsü isə hücumların əsassız olduğunu, üsyançıların İsrailə gedən gəmiləri hədəfə almağa davam edəcəyini bildirib.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL