Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

Tarix:16-01-2024, 16:25 Baxış Sayı:790

‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur Husilər, Qırmızı dənizdə dağıdıcı əməllər görərkən, İran silahlarından yararlanır və Tehranın “dirəniş oxunun” bir hissəsi sayılır. Di gəl, heç də həmişə İranın buyruqlarıyla davranmırlar.
AzadlıqRadiosunun jurnalisti Maykl Skollon (Michael Scollon) bu barədə yazır.
Ekspertlər deyirlər ki, Yəmənin şimalına nəzarət edən husilər Tehranın əsas düşmənləri olan İsrail, Səudiyyə Ərəbistanı və Qərbə qarşı sərbəst hərəkət edə bilir. Tehran husilərlə arasında məsafə saxlamaqla özünü Yaxın Şərqdə baş verə biləcək mümkün münaqişəyə sürüklənməkdən qoruyur.

“Bu o demək deyil ki, husiləri İran yaradıb”

Berlində fəaliyyət göstərən Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Hamidreza Əzizi deyir ki, İranın husiləri dəstəkləməsi onların İranın proksisi olması anlamına gəlmir.
“Özəlliklə Yəməndə savaş başlayandan, 2015-ci ildə Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsindən bəri İranın husiləri… dəstəklədiyinə heç şübhə yoxdur. [İran] indi də onları İsrailə qarşı get-gedə böyüyən kampaniyalarında dəstəkləyir. Ancaq bu o demək deyil ki, husiləri İran yaradıb, yaxud husilər Qüds qüvvələrinin (İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) xarici qolunun) əlavəsidir”.
“Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə təhlilçisi Ceremi Binninin fikrincə (Jeremy Binnie), əsas sual Tehranın husilərə təsirinin nə qədər olmasıdır.
Husilər İsraili raket zərbələri ilə hədəfə alandan, eyni zamanda önəmli qlobal təchizat yolunda – Qırmızı dənizdə gəmilərə aramsız hücum etməyə başlayandan bəri bu sual daha da aktuallaşıb.
Binninin sözlərinə görə, bir çoxları husiləri “bəlli dərəcədə müstəqil və çox döyüşkən” sayır və onların “iranlıların istədiyindən daha çox şey edə biləcəyini” düşünür. Başqa bir baxış ondan ibarətdir ki, Tehranın husilərə verdiyi müasir silahlardan istifadə üçün iranlı personala ehtiyacı olduğu hesaba qatılsa, İran “həmin silahlardan nə zaman və necə istifadə ediləcəyi ilə bağlı ciddi söz sahibi olmalıdır”.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL