Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

Tarix:17-01-2024, 14:07 Baxış Sayı:699

Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’ Paşinyan və Əliyev arasında daha bir görüş Azərbaycanda prezident seçkisindən əvvəl ağlabatan görünmür.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı müavini Gevork Papoyan deyib.
Azatutyun xatırladır ki, Azərbaycan və Ermənistan liderlərinin son üzbəüz görüşündən keçən 6 ayda Əliyev Qranada və Brüsseldə planlaşdırılan danışıqlardan imtina edib.
Ötən dekabrda Sankt Peterburqda keçirilən MDB sammitində iki liderin ayaqüstü görüşündən sonra Yerevanda sülhün yaxın olduğuna dair ümidlər canlanmışdı.
Lakin Papoyanın sözlərinə görə bu ilin əvvəllərində Əliyevin verdiyi bəyanatlar hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərini məyus edib.
Paşinyanın partiya müavini deyib ki, onda əvvəlki nikbinlikdən əsər-əlamət qalmayıb.

Tərəflər danışıqlara əks qütblərdən baxırlar

Papoyan deyib ki, aylardır davam edən müddətdə tərəflər sülh müqaviləsinə dair təkliflərin mübadiləsini ediblər. Ermənistan son təkliflərini Bakıya yanvarın 4-də təqdim edib.
Rəsmi Yerevan bəyan edib ki, Azərbaycanın son təklifində artıq razılaşdırılmış məsələlərdə də geriləmə var.
Azatutyun yazır ki, bir çox Ermənistan şərhçilərinin fikrincə Əliyevin son tələbləri hətta Qarabağdan erməni əhalisinin getməsindən sonra da tərəflərin danışıqlara tam əks qütblərdən baxdığını üzə çıxarıb.
Şərhçilər qeyd edirlər ki, indi Azərbaycan Ermənistandan təkcə “Zəngəzur dəhlizini” tələb etmir, həm də 44 günlük müharibədən sonra tutduğu ərazilərdən çəkilmək niyyətində olmadığını göstərir.

“Bizə 1960-cı ilin xəritəsi də məqbuldur”

Bundan başqa Azərbaycan prezidenti 1975-ci ilə aid xəritələrin delimitasiya üçün əsas götürülməsinə dair Yerevanın təklifini rədd edib. Əliyev bu məqsədlə konkret hansı xəritədən istifadə olunmalı olduğuna dair də fikir səsləndirməyib.
Papoyan bildirib ki, Yerevan prinsipcə hər hansı başqa xəritələri müzakirə etməkdən boyun qaçırmır, amma bu xəritələrin hüquqi əsası olmalıdır:
“Məsələn, ortaya 1960-cı ilin xəritəsi çıxsa, bunun da hüquqi əsası var və prinsipcə, bizim bununla bağlı problemimiz yoxdur. Lakin hər hansı xəritə təsdiq olunmuş olmalıdır. Azərbaycan SSR-in, Ermənistan SSR-in Ali Sovetləri və ya SSRİ Ali Soveti tərəfindən. Yəni xəritə həmin dövrün müəyyən bir nazirliyi tərəfindən çap edilmiş olmalıdır, yəni tarixçilər tərəfindən çəkilmiş xəritə yox, rəsmi sənəd olmalıdır”.
Azatutyun yazır ki, bir həftə əvvəl Əliyev demarkasiyadan danışarkən 1940-60-cı illərin xəritələrindən də söz açmışdı.
O bildirmişdi ki, həmin dövrdə Azərbaycanın torpaqları Ermənistana verilib:
“Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.

Müharibə xofu

Bu arada keçmiş prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan yanvarın 16-da Azatutyuna deyib ki, Əliyev “Zəngəzur dəhlizi” ideyasından əl çəkməyib və onu zor işlətməklə açmağa hazırdır.
Zurabyan bildirib ki, “Əliyev yeni müharibəyə hazırlaşır”.
Siyasətçi deyib ki, baş nazir Nikol Paşinyan vəziyyəti öz gündəliyinə uyğun şəkildə təqdim etməyə çalışır:
“Bizim hakimiyyət beynəlxalq siyasətdə baş verənləri anlamır. Onlar gedən prosesləri və təhlükələri başa düşmürlər”.
Azərbaycan rəsmiləri bundan əvvəl Yerevanın bu sayaq bəyanatlarına cavab olaraq bildirib ki, Bakı Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizi güc tətbiq edərək açmaq niyyətində deyil.
Azərbaycan hakimiyyətinin nümayəndələri bunu da demişdilər ki, Bakının alternativ variantı var və yol İran ərazisi ilə də açıla bilər.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL