Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

Tarix:10-02-2024, 15:59 Baxış Sayı:948

Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur ABŞ şərhçisi Taker Karlson Rusiya prezidenti Vladimir Putindən müsahibə almaqla ona propaqanda platforması verdiyinə görə tənqid olunur. Taker konspirologiya nəzəriyyələri yaymaqla ad çıxaran, Vaşinqtonun Kiyevə dəstəyini mübahisələndirən jurnalistdir.
Putin müsahibəsində bir daha iddia edib ki, Ukrayna Rusiya üçün təhlükədir, çünki Qərb ölkəni NATO-ya çəkir. Hərbi alyans bu iddianı daim saxta adlandırıb.
Rusiya lideri müsahibəsində vətəndaş cəmiyyəti və azad sözə təzyiqlərlə bağlı mövzulardan yayınıb.
Putin Birləşmiş Ştatları döyüşü dayandırmaq, Rusiya ilə saziş bağlamaq üçün Kiyevə təzyiq göstərməyə çağırıb. Rusiya hazırda Ukrayna ərazisinin beşdə birini işğal altında saxlayır.
Karlson müsahibədə Putinə nadir hallarda kəskin sual verib, ona Rusiya və Ukrayna tarixi barədə uzun-uzadı danışmağa imkan yaradıb.
Karlsonun müstəqil jurnalist kimi fəaliyyəti indiyədək mübahisə predmeti olub. 2020-ci ildə “Fox News” ona qarşı defamasiya işini udub. Məhkəmənin hökmündə qeyd olunub ki, Karlson xəbərləri təqdim edəndə real faktlardan danışmır, əksinə, şişirtməyə meyllənir.

V.Putin
V.Putin

Putin müharibəni Polşaya genişləndirməkdə marağı olmadığını deyir

Rusiyanın NATO üzvü Polşanı işğal etmək niyyəti yoxdur. Bunu Rusiya prezidenti Vladimir Putin fevralın 8-də qalmaqallı müsahibəsində deyib. Putin onu da qeyd edib ki, “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin azad olunması üçün razılaşmanı mümkün sayır.
ABŞ-ın sağ-qanad siyasi şərhçisi Taker Karlson (Tucker Carlson) fevralın 6-da aldığı iki saatlıq müsahibəni vebsaytında yayımlayıb. O, Putindən soruşub ki, Rusiyanın Polşaya qüvvə göndərməsini təsəvvür edirmi.
“Bu, ancaq bir halda baş verə bilər – Polşa Rusiyaya hücum edərsə. Bizim Polşa, Latviya, yaxud başqa yerlərdə marağımız yoxdur. Bunu niyə etməliyik? Sadəcə heç bir marağımız yoxdur”, – Putin deyib.
Qerşkoviçə gəlincə, Putin deyib ki, Rusiya və Amerika rəsmiləri bu məsələni müzakirə edib, müəyyən irəliləyişə nail olublar. O bildirib ki, Moskva Qerşkoviçin əvəzində Almaniyanın Vadim Krasikovu azad etməsini istəyir. Krasikov 2019-cu ildə Berlində çeçen dissidentin qətlinə görə məhkum edilib.

Putin müharibə başlayandan ilk dəfədir Qərb mediasına danışır

Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı hərbi təcavüzə başlayandan Putin ilk dəfədir Qərb mediasına müsahibə verir.
Bu arada ABŞ-ın Kiyevə hərbi dəstəyi ilə bağlı suallar var, respublikaçı konqresmenlər prezident Co Baydenin (Joe Biden) təklif etdiyi 60 milyard dollarlıq yardım paketini bloklayıb.
Karlson Putindən müsahibə almaq qərarını belə əsaslandırırdı ki, ABŞ mediası Ukrayna prezidenti Volodimir Zelenskiyə fokuslanır, Putinin səsi ABŞ-da eşidilmir. Qərb jurnalistləri isə deyiblər ki, dəfələrlə Putindən müsahibə almaq istəyiblər, xahişləri rədd edilib.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL