Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Fələstin prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində çıxış edib.
Musavat.com xəbər verir ki, İYİ Partiya təmsilçilərinin prezidentin çıxışını Azərbaycan bayrağı ilə dinləməsi diqqət çəkib. Parlamentin Baş Assambleyasında bu gün Fələstinlə bağlı xüsusi iclas keçirilib. Prezident Mahmud Abbas parlamentin fəxri qonağı kimi deputatlara müraciət edib.
Mahmud Abbas çıxışı zamanı millət vəkilləri tərəfindən dəfələrlə alqışlanıb. Mahmud Abbas çıxışına davam edərkən qısa bir fasilə verib və Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün Fatihə oxuyub.
M.Abbas qeyd edib ki, biz dik durmağa davam edəcəyik, torpaqlarımızı tərk etməyəcəyik. Xalqımız qəsbkarları oradan (Fələstindən) nə olursa olsun qovacaq.
O həmçinin Qəzzaya humanitar yardım etdiyinə görə Türkiyəyə dəfələrlə təşəkkür edib.
AZƏRBAYCAN BAYRAĞI DİQQƏT ÇƏKDİ
Fələstin prezidenti Mahmud Abbas TBMM-də çıxış edərkən İYİ Partiya millət vəkillərinin qarşısında Azərbaycan bayrağının olması diqqətçəkən anlıq görüntü kimi kameralara düşüb.
SƏBƏBİ MARAQ DOĞURDU
İYİ Partiya üzvlərinin bu münasibəti Fələstin Dövlətinin Qarabağ müharibəsində ermənipərəst mövqe tutması və Azərbaycanı dəstəkləməməsi kimi şərh edilib.
Bundan başqa, Fələstin Çin hökumətinin təzyiqi altında olan və sistemli şəkildə soyqırıma məruz qalan uyğur türklərinə qarşı susub, Çin dövlət siyasətini dəstəkləyib, uyğur türklərinə edilən zülmə məhəl qoymayıb.
Musavat.com