Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

ABŞ səfirliyi Azərbaycan xarici işlər nazirinin USAID ilə bağlı bəyanatına cavab verib

Tarix:18-01-2025, 14:29 Baxış Sayı:133

ABŞ səfirliyi Azərbaycan xarici işlər nazirinin USAID ilə bağlı bəyanatına cavab verib ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
Cavabda bildirilir ki, ABŞ Azərbaycan hökuməti ilə dialoqu davam etdirməyi səbirsizliklə gözləyir.
“USAID 1991-ci ildən Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan xalqına 450 milyon dollardan çox yardım göstərmişdir. Postsovet dövründə başlayan humanitar tərəfdaşlıq Azərbaycan hökumətinin bəyan etdiyi məqsədlərə uyğun olaraq Azərbaycan əhalisinin dəyişən ehtiyaclarını ödəməyə yönəlib. Vaxt keçdikcə USAID COVID-lə mübarizəyə dəstək vermək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlıq edib. Əməkdaşlığımız iqtisadiyyatın əsas sektorlarını, o cümlədən kənd təsərrüfatı və səhiyyəni modernləşdirməyi, kənd yaşayış yerlərində gəlir mənbələrini və dayanıqlı icmaları dəstəkləməyi, insan alverinə qarşı mübarizəni, qadınlar və qızlar üçün imkan yaratmağı və regional iqtisadi inteqrasiyanı gücləndirilməyi əhatə edib. Biz yeni əməkdaşlıq və tərəfdaşlıq sahələri üzrə razılığa gəlmək üçün Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq. Biz 30 ildən artıq davam edən tərəfdaşlığımızı təsdiqləmək üçün Azərbaycan hökuməti ilə dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirik”, ABŞ səfirliyinin sözçüsü Erin Robertson qeyd edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında Azərbaycan Dövlət Televiziyanın sualının cavabında bildirib ki, USAİD-in bundan sonra Azərbaycanda təmsilçiliyinin heç bir əsası yoxdur.
Bayramovun dediyinə görə, Azərbaycan 2023-cü ildə antiterror əməliyyatından sonra öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən cəzalandırılıb.
“Onların (USAID) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdiyilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib", nazir qeyd edib.
İki il əvvəl də ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan rəsmisinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri barədə tənqidi mesajı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
“1992-ci ildə ölkələrimiz diplomatik əlaqələr qurandan bəri Birləşmiş Ştatlar və Azərbaycan qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərdə şəffaf şəkildə birgə işləyirlər. Bu, insanlar arasında əlaqələri gücləndirmək üçün birlikdə gördüyümüz işi əhatə edir”, səfirliyin cavabında deyilir.
2023-cü ildə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev X platformasında paylaşdığı rəydə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri tənqid edib. O, Paueri və onun təmsil etdiyi dövləti Ermənistanın tərəfini saxlamaqda günahlandırıb.
Pauer X platformasında paylaşdığı videoda Azərbaycanın başlatdığı hərbi əməliyyat nəticəsində 100 000 erməninin Qarabağı tərk etdiklərini və ABŞ-ın onlarla həmrəy olduğunu bəyan edib.
ABŞ-ın köçkünlərə əlavə $4 milyon məbləğində humanitar yardım ayırdığını elan edən Samanta Pauer həmin köçkünləri qəbul etdiyi və onlara yardım göstərdiyi üçün Ermənistan hökumətinə minnətdarlığını bildirib.
Pauerə ünvanladığı mesajda Hikmət Hacıyev Birləşmiş Ştatların 30 il müddətində Azərbaycanın torpaqlarını işğalda saxlamış və bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoymuş dövlətlə çiyin-çiyinə durduğunu qeyd edib.
Hacıyev USAID rəhbərini vaxtikən oliqarx və pulyuma əməliyyatlarında adı hallanan Ruben Vardanyanla əməkdaşlıqda ittiham edib. Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın dövlət naziri vəzifəsində çalışmış Vardanyan 2023-cü ilin sentyabr ayında Azərbaycan hakimiyyət orqanları tərəfindən həbs olunub.
“Maskalar yırtılıb! USAID-nın Azərbaycanda fəaliyyətinə daha yer yoxdur”, Hacıyev bəyan edib.
2024-cü il dekabrın 18-də isə Azərbaycan prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibəsində Qərbin Azərbaycana və Cənubi Qafqaz regionuna qarşı siyasətinin, həmçinin Qərb mediasının, o cümlədən Amerikanın Səsinin və Azadlıq Radiosunun tənqidinə böyük yer verib.
Onun sözlərinə görə, Bayden administrasiyası tarixə israrçı düşüb - lazım olmayan yerdə kömək etmək istəyir.
"Onların USAID kimi kömək etmək istəyən bir qurumu var. Amma nədənsə, lazım olmayan yerdə kömək etmək istəyirlər", Əliyev bildirib.
Prezident deyib ki, Rusiya doğru olaraq öz ərazisində USAID-in fəaliyyətini qadağan edib.
"Biz hər şeyi başa düşürük, buna görə də hər şeyi nizamlamışıq. Məsələn, Azərbaycan mediası xarici mənbələrdən 1% belə maliyyələşə bilməz. Niyə maliyyələşsin? Biz ABŞ mediasını maliyyələşdirmirik, onlar niyə bizim mediamızı maliyyələşdirsin?", Əliyev sual edib.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL