Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Kaya Kallas: 'Rusiya, sadəcə, oyun oynayır'

Tarix:2-04-2025, 18:08 Baxış Sayı:173

Kaya Kallas: 'Rusiya, sadəcə, oyun oynayır' Aprelin 2-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyakın suallarını cavablayıb. Onlar Rusiya-Ukrayna arasında mümkün atəşkəs, AzadlıqRadiosuna maliyyə dəstəyi və Gürcüstanda baş verənlər barədə danışıblar.
- Finlandiya prezidenti Aleksandr Stubb Amerikada olarkən aprelin 20-də tam atəşkəsin mümkünlüyündən danışıb. Sizcə, bu, nə qədər realdır?
- Ukrayna üç həftə əvvəl atəşkəsə razı olub, amma Rusiya tərəfdən müsbət siqnallar görməmişik. Onlar, sadəcə, oyun oynayırlar. Məncə, onlar üçün konkret tarix qoymaq yaxşı olardı ki, o vaxtacan mövqelərini açıqlasınlar və göstərsinlər ki, sülh istəyirlər, ya yox. Ukraynalıların istədiyi isə aydındır.

"Hər hansı razılaşma Avropanın payı olmadan gerçəkləşə bilməz"

Jurnalist Aİ-nin Kremlin nümayəndəsi Kirill Dmitriyevlə danışıqlar aparıb-aparmayacağını soruşduqda K.Kallas bildirib ki, Ukrayna Rusiya ilə danışıqları özü aparmalıdır, Ukraynasız danışıqlar mümkün deyil
İttifaqın Moskva ilə birbaşa danışıqlara hazır olub-olmaması ilə bağlı suala cavabında K.Kallas deyib: "Əgər məsələ Avropanın təhlükəsizliyi ilə bağlıdırsa, o zaman unutmayaq ki, Rusiya bizim təhlükəsizlik düzənimizdə söz sahibi ola bilməz. Avropa Rusiyaya hücum etmir, əksinə, Rusiya onun qonşularına hücum etməkdədir. Danışıqlar Ukrayna ilə bağlıdırsa, Avropa da həmin masa ətrafında olmalıdır. Nəticəsi bizi də maraqlandırır və hər hansı razılaşma Avropanın payı olmadan gerçəkləşə bilməz". 

"Orada vəziyyət çox ağırdır"

Yozvyak Kallasdan Gürcüstanda baş verən son hadisələr barədə də soruşub. Onun "Gürcüstana təsir alətləriniz hələ də mövcuddurmu" sualına cavab belə olub:
- Orada vəziyyət çox ağırdır. Gürcü xalqının əksəriyyəti Aİ-ni dəstəkləyir və Aİ-yə üzv olmaq istəyir. Amma hökumət başqa yolla gedir. Bizim üçün əsas məsələ budur – nə edə bilərik? Məsələn, hökumətə ayrılmış vəsaiti vətəndaş cəmiyyətinə yönəltmişik ki, onları dəstəkləyək və Avropa yolunda irəliləsinlər.
- Bəs hökumətə yönəlik daha konkret hansı addım atıla bilər? Sanksiyalar işləmədi, başqa nə edə bilərsiniz?
- 27 ölkənin razılığı lazımdır – əsas problem də budur. Amma hələ də müzakirələr aparırıq. Diplomatik pasportlara viza tələbi tətbiq etdik. Nə edə biləcəyimizi mütəmadi olaraq müzakirə edirik.

"Hər kəs bu boşluğu bizim doldurmağımızı istəyir"

AzadlıqRadiosuna Avropadan maliyyə dəstəyinə gəlincə, K.Kallas bildirib ki, bu müzakirə edilir və azad media və informasiyaya çıxış Aİ üçün çox önəmlidir: "Lakin qapımızın ağzında çoxlu təşkilatlar və ölkələr düzülüb, çünki Amerika dəstəyi geri çəkir və hər kəs bu boşluğu bizim doldurmağımızı istəyir. Aydındır ki, biz hər yerdə bunu edə bilmərik. Ona görə də ciddi şəkildə müzakirə etməliyik ki, planımız nədir və onu necə gerçəkləşdirə bilərik".
ABŞ prezidenti Donald Trampın martın 14-də imzaladığı fərmanda AzadlıqRadiosuna nəzarət edən ABŞ Qlobal Media Agentliyində (USAGM) ixtisarlar nəzərdə tutulub. Bundan az sonra USAGM-dən Keri Leykin imzasıyla dərc olunmuş məktubda radioya Konqresin təsdiqlədiyi qrantın kəsildiyi bildirilib. Sonradan qrantın kəsilməsi dayandırılsa da, USAGM Konqresin ayırdığı pulu göndərməyib. AzadlıqRadiosu aprelin 1-dən işçilərinin bir qismini ödənişli məzuniyyətə göndərməli olub.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL