Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

İsrail müdafiə naziri birbaşa Colanini HƏDƏLƏDİ

Tarix:3-04-2025, 18:34 Baxış Sayı:176

İsrail müdafiə naziri birbaşa Colanini HƏDƏLƏDİ

İsraildən Suriyaya sərt xəbərdarlıq – “Çox ağır bədəl ödəyərsiniz”

İsrailin müdafiə naziri Yisrael Kats Suriyaya qarşı kəskin açıqlama verib. Nazir bildirib ki, İsrailin təhlükəsizliyini təhdid edən qüvvələrin Suriyaya yerləşdirilməsinə heç bir halda dözülməyəcək.
Kats konkret olaraq Suriya prezidenti Əbu Məhəmməd əl-Colaniyə – Əhməd əş-Şaraa – səslənərək belə deyib:
“Colaniyə xəbərdarlıq edirəm: əgər düşmən qüvvələrin Suriyaya daxil olmasına və İsrailin təhlükəsizlik maraqlarını təhdid etməsinə icazə versəniz, çox ağır bir bədəl ödəyəcəksiniz.”
Müşahidəçilər bu açıqlamanı yeni bir hərbi əməliyyatın xəbərçisi kimi dəyərləndirirlər. Xüsusilə prezident statusu daşıyan bir şəxsə, özü də keçmiş cihadçı imici ilə tanınan liderə qarşı bu qədər sərt və birbaşa ritorika diplomatik təcrübədə nadir hallarda rast gəlinir. Əhməd əş-Şaraa bu gün artıq Suriya dövlətinin başında olsa da, İsrail onun keçmişini unutmur və onu hələ də potensial təhlükə kimi qiymətləndirir.

Əbu Məhəmməd əl-Colani, ya da indiki adı ilə Əhməd əş-Şaraa kimdir?

Əbu Məhəmməd əl-Colani (əsl adı: Əhməd Hüseyn əş-Şaraa) Suriyanın yeni prezidentidir. O, əvvəllər Suriyada fəaliyyət göstərən radikal silahlı qruplaşma – “Ən-Nusra Cəbhəsi”nin, daha sonra isə onun varisi olan “Heyət Təhrir əş-Şam”ın (HTƏŞ) lideri kimi tanınıb.
Colani uzun illər “Əl-Qaidə” ilə ideoloji və təşkilati əlaqələrə malik olub. Lakin 2017-ci ildə rəhbərlik etdiyi təşkilatı rəsmi olaraq “Əl-Qaidə”dən ayıraraq, “Heyət Təhrir əş-Şam” adlandırdı və özünü daha praqmatik, yerli legitim güc mərkəzi kimi təqdim etməyə başladı. Onun rəhbərliyi altında HTƏŞ Suriyanın şimal-qərbində, xüsusilə İdlib vilayətində, de-fakto idarəetmə qurdu.
Bu mərhələdə Colani siyasi ambisiyalarını gizlətmədi. Qərb jurnalistlərinə müsahibələr verərək özünü “mülayimləşmiş”, “təhlükəsizliyi və sabitliyi təmin etmək istəyən” lider kimi təqdim etdi. Bu imic çalışmaları fonunda, Suriyada mövcud rejimin iflası və beynəlxalq güclərin mövqelərinin dəyişməsi nəticəsində Colani 2024-cü ildə ölkəsinin rəsmi lideri oldu.
Buna baxmayaraq, regionda bir çox dövlətlər, xüsusilə İsrail və ABŞ, onu hələ də onun radikal keçmişi baxımından etibarsız və təhlükəli fiqur kimi qiymətləndirirlər. İsrailin müdafiə nazirinin son açıqlaması da mümkündür ki, məhz bu yanaşmanın ifadəsidir.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL