Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Putinin elçisi Trampın nümayəndəsi ilə görüşmək üçün Vaşinqtona gəlib

Tarix:3-04-2025, 18:41 Baxış Sayı:160

Putinin elçisi Trampın nümayəndəsi ilə görüşmək üçün Vaşinqtona gəlib Aprelin 2-də Rusiya nümayəndəsi Kirill Dmitriyev ABŞ rəsmiləri ilə görüşmək üçün Vaşinqtona gəlib.
Məlumata görə, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Dmitriyev ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşməli idi. "Reuters" iki ABŞ rəsmisinə istinadən bildirib ki, Uitkoff Dmitriyevi keçən həftə ABŞ-yə dəvət edib.
2022-ci ildə Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan bəri Dmitriyev dövlət işi ilə bağlı Vaşinqtona səfər edən ilk yüksəkrütbəli rusiyalı məmurdur.
Ağ ev səfəri təsdiqləməyib, lakin rəsmilər "Reuters" bildiriblər ki, Ağ ev Dövlət Departamentinə Dmitriyevin ölkəyə daxil olması üçün qısamüddətli lisenziya verilməsi barədə göstəriş verib. Əks halda ABŞ sanksiyaları altında olduğu üçün K.Dmitriyev ölkəyə buraxılmayacaqdı.
"Siyasətiniz nə olursa olsun - ABŞ və Rusiya arasında dialoq vacibdir. Söhbət hamı üçün daha təhlükəsiz, daha firavan dünya qurmaqdan gedir", - Dmitriyev X sosial şəbəkəsindəki paylaşımında bildirib.
CNN-in məlumatına görə, Dmitriyev Uitkoff ilə danışıqları zamanı ABŞ və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edəcək.
ABŞ prezidenti Donald Tramp son zamanlar atəşkəs danışıqlarının ləngiməsindən narahatlığını və Rusiya prezidenti Vladimir Putinlə bağlı narazılığını ifadə edib.
Dmitriyev Moskva və Vaşinqton arasında münasibətlərin bərpasında mühüm rol oynaya bilər. Bu münasibətlər Soyuq müharibə dövründən sonra ən aşağı səviyyədədir. Rusiyalı nümayəndə Trampın 2016-cı ildə ilk dəfə prezident seçildiyi zaman da Moskvanın ABŞ ilə erkən təmasında rol oynamışdı.
Son vaxtlar Dmitriyev Rusiya və ABŞ-nin birgə işləyə biləcəyi bir sıra təşəbbüslərdən danışıb. Bunlara nadir torpaq metallarının çıxarılması, enerji, Arktika və kosmos sahələri daxildir.

Vladimir Kara-Murza
Vladimir Kara-Murza

"Puldan danışacaqlar"

Rusiyanın müxalifət lideri Vladimir Kara-Murza Dmitriyevin diplomat olmadığını bildirib və deyib ki, onun Vaşinqtonda Uitkoff ilə müzakirəsinin nədən ibarət olacağı aydındır.
Kara-Murza aprelin 2-də CNN telekanalında deyib: "Bu iki həmsöhbətin şəxsiyyətinə nəzər salaraq, demək olar ki, onlar insanlar haqqında danışmayacaqlar. Onlar sülhdən danışmayacaqlar. Ukraynanın gələcəyi haqqında danışmayacaqlar. Onlar puldan danışacaqlar. Mənfəətdən danışacaqlar. Onlar nadir torpaq mineralları haqqında danışacaqlar".
O, Aleksey Navalnının əsasını qoyduğu Antikorrupsiya Fondu (FBK) tərəfindən yayımlanan böyük bir araşdırmaya da diqqət çəkib. Araşdırmada Dmitriyevin geniş korrupsiyada iştirak etdiyi iddia olunur.
Kara-Murzanın sözlərinə görə, ABŞ-nin xüsusi nümayəndəsi Uitkoffun jurnalist Taker Karlsona müsahibəsində səsləndirdiyi fikirlər onu göstərir ki, ABŞ nümayəndəsi Putinin əslində kim olduğunu görmür. Sözügedən müsahibədə Uitkoff deyib ki, Putin bu yaxınlarda Kremldə onunla görüşəndə "çox lütfkar" olub və əlavə edib ki, o, Putini "pis adam" hesab etmir. Uitkoff deyib ki, müharibə və ona gətirib çıxaran bütün amillər "mürəkkəb vəziyyət" yaradıb. O, müharibədə yalnız Putinin günahkar olmadığına işarə edərək "bu, yalnız bir adamla bağlı deyil, elə deyilmi?" söyləyib.
Kara-Murza Uitkoffun münaqişənin heç vaxt bir şəxslə bağlı olmadığı şərhini təkzib edərək tarixdə tez-tez belə halların olduğunu xatırladıb: "Bir zamanlar bu, Adolf Hitler idi. İosif Stalin idi. İndi də bu, Vladimir Putindir".скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL