Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Çin Trampa cavab verdi – 34 faiz

Tarix:4-04-2025, 20:38 Baxış Sayı:247

Çin Trampa cavab verdi – 34 faiz Prezident Donald Trampın açıqladığı tariflərə cavab olaraq Çin aprelin 10-dan ABŞ idxalına əlavə 34 faiz rüsum tətbiq edir.
"Çin Birləşmiş Ştatları birtərəfli tarif tədbirlərini dərhal ləğv etməyə və ticarətdə fikir ayrılıqlarını bərabər, hörmətcil və qarşılıqlı faydalı əsasda məsləhətləşmələr yolu ilə çözməyə çağırır", - Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komissiyasının bəyanatında deyilir.
Tramp aprelin 5-dən 185 ölkəyə qarşı 50 faizədək gömrük rüsumu tətbiq etmək qərarına gəlib. Çin üçün rüsum 34 faiz müəyyən edilib, lakin əvvəlki tədbirlər nəzərə alınmaqla, bu göstərici 54 faizə çatır.
"Bloomberg"in məlumatına görə, Trampın açıqlamasından sonra planetin 500 ən zəngin adamının sərvəti 208 milyard dollar azalıb.

Donald Tramp Ağ evin Gül bağında "Amerikanı yenidən zəngin edək" tədbirində qarşılıqlı tariflərlə bağlı çıxış edir.
2 aprel

Tramp dünyaya ticarət müharibəsi elan etdi. Siyahıda Azərbaycan da var

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara ötən əsrin əvvəllərindən bəri görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. O, yeni rüsumlarla əlaqədar aprelin 2-sini "Amerikanın qurtuluş günü" elan edib.
Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Bu tarixdən əvvəl gəmilərə yüklənmiş mallar, tranzitin son mərhələsindədirsə, tarifə cəlb olunmayacaq. Qalan tariflər aprelin 9-dan işə düşəcək.
Siyahıya 183 ölkə və Aİ daxildir.
Lesoto — 50%
Çin — 34%
Yaponiya— 24%
Avropa İttifaqı — 20%
İsrail — 17%
Türkiyə - 10%
Böyük Britaniya — 10%;
Braziliya — 10%
...
Çin üçün tarif 54 faiz olacaq, çünki bundan əvvəl Tramp Pekinə 10 faiz rüsum tətbiq edib, sonra onu iki dəfə artırıb.
Rüsumlar cədvəli
Rüsumlar bir sıra keçmiş SSRİ ölkələrini də əhatə edir:
Moldova – 31%
Qazaxıstan – 27%
Azərbaycan – 10%
Ermənistan - 10%
Gürcüstan - 10%
Ukrayna – 10%
Türkmənistan - 10%
Qırğızıstan - 10%
Tacikistan - 10%
Rusiya siyahıda yoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi həcmi illik ifadədə 1.9 dəfədən çox artaraq 1.75 milyard dolları üstələyib. Azərbaycan ötən il Birləşmiş Ştatlara 135 milyon dollarlıq (+8.4 dəfə), ABŞ Azərbaycana 1.61 milyard dollarlıq (+1.8 dəfə) məhsul ixrac edib.
Tramp düşünür ki, ticarət maneələri həm dost, həm də dost olmayan ölkələri ona güzəştə getməyə məcbur edəcək. "Bu gün Qurtuluş günüdür", – Tramp deyib. "Bu, Amerika tarixində ən mühüm günlərdən biri, Amerika iqtisadi müstəqilliyinin bəyannaməsidir".
Tramp bir daha Amerikanı yenidən böyük və zəngin edəcəyinə söz verib: "Ölkəmizi 50 ildən çoxdur soyublar. Bu, artıq olmayacaq".
Trampın vurğuladığına görə, ticarət tərəfdaşları Amerikaya ondan aldıqlarından daha çox mal satırlar və onların tarifləri Amerikanınkından daha yüksəkdir. O deyir ki, bugünkü "cavab" tarifləri oyun qaydalarını düzəltmək məqsədi daşıyır.
İqtisadçılara görə, tariflərin tətbiqindən hamı itirəcək, o cümlədən amerikalılar, onlar üçün təkcə idxal olunan deyil, bütün mallar bahalaşacaq. Birləşmiş Ştatların ticarət tərəfdaşları istər-istəməz cavab rüsumları tətbiq edəcəklər ki, bu da qlobal ticarətə zərər verəcək və bütün dünyada rifahın artımını yavaşladacaq.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL