Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Milyonlar Hindu Holi festivalını, baharın yaxınlaşmasını qeyd edir

Tarix:1-08-2025, 23:12 Baxış Sayı:146

Milyonlar Hindu Holi festivalını, baharın yaxınlaşmasını qeyd edir Hindistan və digər Cənubi Asiya ölkələrində milyonlarla hindu, əksəriyyəti ağ geyinmiş halda, cümə günü dostlarını və qohumlarını parlaq rəngli tozlarla boyayaraq və ya su səpərək Holi – rənglər festivalı çərçivəsində baharın gəlişini qeyd etdilər.
Cümə günü Hindistanda ümummilli bayram günüdür, buna görə də insanlar adətən qışın sonunu müjdələyən və ay təqviminə əsasən sonuncu tam ay gününə düşən bu şən, rəngarəng və çılğın festivalda iştirak edə bilirlər.
Qonşu Nepalda festivalın tədbirləri cümə axşamı başlayıb və iki gün davam edib. Bu səs-küylü festival digər Cənubi Asiya ölkələrində və Hindistan diasporasının üzvləri tərəfindən də qeyd olunur.
Holi Hindistanın ən böyük festivallarından biridir və milyonlarla insan bu münasibətlə nostalji bir səfərə çıxaraq doğma şəhərlərinə gedir, orada yaxınları ilə birlikdə bayram gecəsində tonqallar yandıraraq xeyirin şər üzərində qələbəsini simvolizə edirlər. İnsanlar tonqal ətrafında toplaşaraq oxuyur, rəqs edir və Hindu tanrılarına dua edirlər.
Hindistanın Baş naziri Narendra Modi cümə günü sosial mediada xalqa Holi təbriklərini çatdırıb. “X” platformasında paylaşımında Modi bu festivalın insanları bir araya gətirməkdəki mühüm rolundan bəhs edib.
“Hamınıza Xoşbəxt Holi arzulayıram. Ümid edirəm ki, sevinc və xoşbəxtlik dolu bu müqəddəs bayram hər kəsin həyatına yeni ruh və enerji gətirər və həmçinin ölkə vətəndaşlarının birliyinin rəngini daha da dərinləşdirər,” - Modi yazıb.
Yeni Dehlidəki parklardan birində o qədər insan bir-birinə rəngli tozlar atırdı ki, hava göy qurşağı rənglərinə bürünmüşdü. Digərləri isə küçələrdə səsgücləndiricilərdən yayılan musiqinin sədaları altında rəqs edirdilər. Festival iştirakçılarını izləyən gənc oğlanlar əsasən su tapançalarından istifadə edərək park və dar küçələrdə artıq müxtəlif rənglərə boyanmış insanları hədəfə alırdılar.
Uşaqlar isə hədəflərinə daha uzaq məsafədən çatıblar – onlar damlardan və ya eyvanlardan aşağıda əylənənlərə içi rəngli tozlar və parıltılarla dolu su şarları atırdılar.
Bu illik tədbir, həmçinin, Hindu tanrısı Krişna ilə onun sevgilisi Radha arasındakı əfsanəvi eşq macərasını qeyd edir. Daha geniş mənada isə Holi, Hindu mədəniyyətində yenidən doğuluşu və təzələnməni simvolizə edir.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL