Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Böyük Yeddilər Rusiyanı atəşkəsi qəbul etməyə çağırır, əks halda əlavə sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edir

Tarix:25-05-2025, 13:06 Baxış Sayı:110

Böyük Yeddilər Rusiyanı atəşkəsi qəbul etməyə çağırır, əks halda əlavə sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edir Böyük Yeddilər qrupunun baş diplomatları cümə günü Rusiyanı Ukrayna ilə müharibədə ABŞ-ın təklif etdiyi atəşkəsə razılaşmağa çağırıb.
“Biz Rusiyanı bərabər şərtlərdə atəşkəsə razılaşmaq və onu tam şəkildə yerinə yetirməklə qarşılıq verməyə çağırdıq,” diplomatlar Kanadada keçirilən görüşdən birgə bəyanatda bildiriblər. “Biz belə bir atəşkəs razılaşdırılmadığı təqdirdə Rusiyaya əlavə sanksiyalar, neft qiymətlərinə məhdudiyyətlər, həmçinin Ukraynaya əlavə dəstək və digər vasitələrlə əlavə bədəllər tətbiq etməyi müzakirə etdik.”
Ağ Ev bildirib ki, ABŞ Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof cümə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Kanadanın xarici işlər naziri Melani Coli cümə günü deyib ki, “G7-nin bütün xarici işlər nazirləri ukraynalıların dəstəklədiyi ABŞ-ın atəşkəs təklifi ilə razılaşır” və indi diqqət Rusiyanın cavabına yönəlib.
O əlavə edib ki, “Ukrayna məsələsində top indi Rusiyanın meydançasındadır.”
Britaniya xarici işlər naziri Devid Lammi də deyib ki, “Belə bir birlik var ki, indi heç bir şərt olmadan atəşkəs əldə etmək vaxtıdır. Ukrayna öz mövqeyini açıq bildirib. İndi bunu qəbul etmək Rusiyaya qalıb.”
Lammi həmçinin qeyd edib ki, Ukraynanı atəşkəsi dəstəkləmək üçün lazım olan “təhlükəsizlik memarlığı” və monitorinq mexanizmləri ilə təmin etmək üçün “istəyənlər koalisiyası” yaradılır.
Böyük Yeddilərin ortaq bəyanatı Kreml Ukraynanın atəşkəs razılaşması üzərində hələ çox işin görülməli olduğunu deməsindən və bununla da ABŞ-ın təklifini tamamilə qəbul etməyə istəksiz olduğuna işarə etməsindən sonraya təsadüf edir.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin atəşkəsin tətbiqi ilə bağlı bir neçə sual qaldırıb və onlara cavabları gözləyir.
Bu arada isə Ukrayna Prezidenti Volodimir Zelenski Putinin cavabını “bilərəkdən prosesi uzadacaq” və çətinləşdirəcək şərtlər qoşmaq kimi xarakterizə edib.
“Qeyd-şərtsiz 30 günlük müvəqqəti atəşkəs bizi ədalətli və davamlı sülhə əhəmiyyətli dərəcədə yaxınlaşdıra biləcək ilk mühüm addımdır,” Zelenski çərşənbə axşamı X sosial media platformasında yazıb.
Böyük Yeddilər qrupunun Kvebekdə keçirilən danışıqlarında Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatların nazirləri iştirak edib.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL