Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Sraqəddin Cabbarov Sabirabad rayonununa təyinat alandan bəri Sabirabadlıların çözülməyən problemlərinin üstünə bir problemdə əlavə olundu. Söyüş ritorikasına üstünlük verən, xasiyyətcə çox kobud, işçilərini və rayonsakinlərinidaim təhdid altında saxlayan,qəbula gələn insanları istehza ilə qarşılayan, qəbul etsə belə,onlarla ironiya ilə danışan ən əndazəli icra başçılarından biridir. Saatlıdan Sabirabada transfer edilən zaman öz köməkçisi Zaur müəllimidə özü ilə gətirməyi unutmadı. İnsanlarla necə rəftar etməyi özünəməxsus tərzdə bacaran Zaur müəllim Saatlı -Sabirabad camaatının psixologiyasına çox yaxşı bələddir. Mətbuatı vecinə almayan,qəbula gələnləri elə gəldikləri kimidə narazı halda yola salmağı bacaran Zaur bəy artıq xeyli vaxtdır ki, püxtələşərək əsil bürokratik məmura çevrilib. Obrazlı şəkildə desək başçının xususi "tapşırıqlarını"canfəşanlıqla yerinə yetirən Zaur müəllim sözün əsil mənasında Sabirabadda at oynadır. Sabirabad xanı Sraqəddin Cabbarovun hökmran mövqeyindən,statusundan məharətlə istifadə etməyi bacaran Zaur müəllim Sabirabadlıların əsil "sevimlisinə"çevrilmişdir.
Bu gün Sabirabadda həyat sanki sönüb. Şikayətçilərin şikayətlərini qulaqardına vurur. Onlar təyinatı üzrə qəbul olunmur. İllərlə icra hakimiyyətinə ayaq döyən vətəndaşlar bürokratik əngəl yaradan məmurların məsuliyyətsizliyindən əziyyət çəkirlər. Ev problemi, torpaq dərdi, işsizlik problemi olan vətəndaşlar, saatlarla - günlərlə hətda aylarla qəbula düşə bilmirlər.
Bu günlərdə redakşiyamıza daxil olan bir şikayəti araşdırmaq üçün Sabirabad rayon icra hakimiyyətinin məsul şəxsləri ilə əlaqə saxladıq. Söhbət başsız xəstə uşağı olan bir qadına kirayə yaşadığı Heydər Əliyev prospektindəki 15 - saylı binanın həyətində qaraj tikintisi üçün yer ayrılmasıdır. Təssəvvür edirsinizmi qeydiyatı -aidiyyatı olmayan, kirayə qaldığı binanın həyətində?..
Sabirabad rayon icra hakimiyyətinin arxitektura şöbəsinin müdiri Müşfiq müəllim əsil humanistlik donuna girərərək bizə mərhəmət hisslərini həm aşılamaq həm də sıramaq istədi. Əlbəttə biz xəstə uşağı olan Naibə Hüseynovaya qaraj tikintisi üçün yer verilməsinin əleyhinə deyilik, əksinə bu addımı alqışlayırıq. Amma nədən həmin yerdə?Olmazmı ki icra hakimiyyəti Naibə xanıma ev tikintisi üçün torpaq ayırsın, maddi dəstək göstərib, evinin tikintisinə yardımçı olsun!..
Bax burda xoruzun quyruğu görsənməyə başlayır. Biz isə timsahın göz yaşlarına, Müşfiq müəllimin arqumentlərinə inanmırıq.
Araşdırmamız davam edir.
Ardı var.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…
Niyaməddin Şahsuvarlı
Əlaqə telefonu: 055 263 46 13