Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Azərbaycan Rusiya təbliğat maşınının növbəti hədəfinə çevrilib.
AZAL təyyarəsi və Yekaterinburqda hadisələrə biganə qalmayan Azərbaycan dövlətinin qisasını Kreml bu ölkədə yaşayan azərbaycanlılardan almağa üstünlük verib. Müxtəlif ranqlı azərbaycanlılara qarşı uydurma cinayət işlərinin açılması, bu işlərin mətbuatda xüsusi işıqlandırılması və azərbaycanlı olmasının əlahiddə qeyd edilməsi Gebbels siyasətinin XXI əsrdə Rusiyada yaşadığını nümayiş etdirir.
Bu xüsusda yada salmaq yerinə düşər ki, avqustun sonunda bir sıra mətbuat orqanlarında Rusiya Təhlükəsizlik Şurasının iclasında Prezident Vladimir Putinin Azərbaycana qarşı təbliğatın gücləndirilməsi barədə göstəriş verməsi dərc edildi. Məhz bundan sonra bu ölkədə azərbaycanlılara qarşı təzyiqlər daha artdı.
Son həftələrdə isə bu ölkədə daha da irəli gedərək azərbaycanlıları sadə cinayətkar kimi göstərmirlər. Artıq azərbaycanlılar terrorçudurlar, dini radikallarla əlaqəlidirlər, və Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə fəaliyyət göstərirlər. Qəribədir ki, azərbaycanlıların "kriminal aləmə" məxsus olması, "terrorçuluqla" məşğul olması Rusiyanın Azərbaycanla münasibətlərinin korlanmasından sonra üzə çıxıb.
Azərbaycan və azərbaycanlılara qarşı təbliğatın ifrat dərəcəsinə çatmasını isə Rusiyanın aparıcı informasiya agentliyi TASS-ın məlumatı təsdiq edir. Belə ki, Azərbaycan adının hər bir halda neqativ formada səsləndirilməsi üçün bu agentlik əlindən gələni edir.
Sentyabrın 9-da Azərbaycanda anadan olmuş şəxsin general Kirillovun ölüm işində yeni fiqurant olması barədə xəbəri isə bütün hədlərin aşması deməkdir. Xəbər başlığından belə düşünmək olar ki, söhbət hər hansı bir azərbaycanlıdan gedir. Amma mətni oxuduqda məlum olur ki, adıçəkilən şəxs erməniəsillidir və Azərbaycana aidiyyatı onun Bakıda anadan olmasıdır. Təbii ki, bu halda söhbət xəbərlə manipulyasiyadan gedir, belə ki, Robert Safaryan Bakıda anadan olsa da, hazırda Rusiya vətəndaşıdır. Bütün jurnalistika və etika qaydalarına hündür nöqtədən tüpürən TASS agentliyi Azərbaycan haqqında neqativ rəyin formalaşdırılması tapşırığına uyğun olaraq yeri gəldi-gəlmədi ölkənin adını bütün mənfi informasiyarlarda hallandırır.
Nədənsə Bakıda anadan olan, hazırda Sankt-Peterburqun qubernatoru olan Aleksandr Beqlov haqqında xəbər yazanda Rusiya mətbuatı onun əslən Azərbaycandan olmasını xatırlatmaq istəmir. Eynilə Rusiyada sevilən bir sıra mədəniyyət xadimlərinin, misal üçün Emmanuel Vitorqanın adı çəkiləndə də əslən Bakıdan olması yada düşmür.
Ümumiyyətlə Yeltsinin prezidentliyi dövründə özünü çoxmillətli ölkə adlandıran Rusiyada rus olmayanlara qarşı skinhedləri qısqırdardılar. Sonradan isə dövlət guya həmin skinhedlərlə mübarizə aparardı. Amma indi dövlət özü neonasist siyasəti apardığından başıqırxıqlara ehtiyac qalmadı.
Təbii ki, neonasist siyasəti aparan dövlətin də özünün gebbelsləri, himlerləri və digərləri yarandı, və biz bunu Rusiya telekanallarının efirində hər gün görürük. Faşıst Almaniyasının əsas simaları kimi, Rusiya siyasi elitası ətrafda olan ölkələri təhdid edir, yalanı min dəfələrlə təkrar edərək, onu doğru kimi cəmiyyətə çatdırmağa çalışır.
Kremlin göstərişləri ilə hərəkət etməsinə heç bir şübhə olmayan Rusiya mətbuatı zaman-zaman keçmiş SSRİ respublikalarını və həmin ölkələrdə dominant milləti düşmən elan edib, olmazın yalanları dərc edib, tirajlayıblar.
2008-ci ildə Rusiyanın Gürcüstanın torpaqlarının bir qisminin işğalından sonra bu ölkə və gürcü xalqı mümkün olan və olmayan bütün cinayətlərdə ittiham olundu, bütün Rusiya ərazisində gürcülərə qarşı güc strukturlarının reydləri keçirildi.
Sonradan növbə Ukrayna və ukraynalılara çatdı. Kremlin təbliğat maşını eyni canfəşanlıqla ukraynalıları ağlasığmaz cinayətlərdə ittiham etdi və indiyə qədər də bunu davam edir.
Bir müddət eyni aqibəti Moldova və moldovalılar yaşadılar. Səbəb isə bu ölkədə Rusiyanın üstünlük verdiyi namizədin Moldova vətəndaşları tərəfindən dəstəklənməməsi oldu.
Dünyanın az qala yarısını özünə düşmən edən Rusiyada hər hansı bir ölkəyə, millətə şər atması adi bir hala çevrilib.
İndi isə növbə Azərbaycan və azərbaycanlılarındır. Azərbaycana qarşı təbliğat maşınının isə yenicə işə düşməsini nəzərə alsaq, bundan sonra qəzəbə səbəb olacaq hələ çox məlumata, yazıya rast gələcəyimiz şübhə doğurmur. Etikanın, abır-həyanın nə olduğunu bilməyən, ölkənin təbliğat maşınına tam xidmət edən mətbuatdan gözləntilər pis mənada çoxdur...