Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Qərbi Azərbaycan Xronikası: "Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu"

Tarix:5-09-2025, 05:30 Baxış Sayı:101

Qərbi Azərbaycan Xronikası: "Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu" Bu gün Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı təqdim olunub.
"Report" xəbər verir ki, "Bizim Vətənimiz hələ yad əllərdədir" adlı veriliş Dərələyəz mahalının Keşişkənd rayonunun Amağu kənd sakini Elmira Hüseynovanın həyat hekayəsinə həsr edilib.
O, 1959-cu ildə anadan olduğunu bildirib, uşaqlıq, məktəb, gənclik illəri, kənd həyatı ilə bağlı xatirələrini bölüşüb, kəndin tarixindən və toy ənənələrindən danışıb.
Elmira Hüseynova qeyd edib ki, 1905-ci ildə erməni daşnakları kəndi tamamilə dağıdaraq camaatı qətlə yetiriblər:
"Başqa kəndlərdən köçüb gələnlər və ya kəndimizdən sağ qalanlar sonradan geri dönüblər. İkinci soyqırımı 1918-ci ildə baş verib. Kənddə çoxlu səngərlər olduğuna görə, qonşu 6-7 kəndin sakinləri də bizim kənddə məskunlaşıb. Onlar Haçal Qayada gizləniblər. Lakin ermənilər insanları aldadaraq hamısını qətlə yetiriblər. İnsanların kürəyinə samovar bağlayıb yandırıb, başlarını kəsib, ağır müsibətlər törədiblər".
O həmçinin vurğulayıb ki, ermənilər Amağuda türk-müsəlman irsinə aid bütün tarixi abidələri saxtalaşdırıblar.
Kənd sakini yaşadığı deportasiya həyatından da danışıb:
"Bizim kəndimizdə köç 1988-ci ilin iyunun 21-də başladı. Azərbaycanlılara qarşı təhdidlər artmışdı. Kəndə 20 maşınla erməni silahlıları gəlmişdilər. Milis rəisi dayıma dedi ki, çıxın gedin. Çünki onlar qan tökmək niyyətində idilər. Beləcə kənd camaatı ilə birlikdə yük maşınları ilə Şərura köçdük. Noyabr ayına qədər Şərurda qaldıq, sonra isə Bakıya gəldik".
Elmira Hüseynova Vətən həsrətindən danışaraq bildirib:
"Orada nənəmin, babamın məzarı qalıb. Orada uşaqlığım, gəncliyim qalıb. İnsan üçün uşaqlığın keçdiyi yer hər zaman Vətəndir. Bizim də Vətənimiz hələ yad əllərdədir. Artıq 37 ildir Bakıdayıq. Kimi dindirirsən, oradakı dağlardan, bulaqlardan, yamaclardan danışır. İnşallah, bir gün geri dönəcəyik və o yerləri gəzəcəyik. Əlimizi o dağlara, bulaqlara toxunduracağıq. Buna ürəkdən inanıram".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı faciələri, acı qaçqınlıq taleyini və eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL