Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Azərbaycanın Yaxın Şərq Sülh Sammitinə dəvət olunması rəsmi Bakının beynəlxalq nüfuzunun göstəricisidir - RƏY

Tarix:2-10-2025, 00:12 Baxış Sayı:166

Azərbaycanın Yaxın Şərq Sülh Sammitinə dəvət olunması rəsmi Bakının beynəlxalq nüfuzunun göstəricisidir - RƏY Azərbaycan Prezidentinin Yaxın Şərq Sülh Sammitinə dəvət olunması rəsmi Bakının beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin göstəricisidir.
Bu fikri "Report"a Milli Məclisin deputatı Azər Kərimli deyib.
O qeyd edib ki, məhdud sayda liderlərin iştirak etdiyi bu formatda Azərbaycanın təmsil olunması Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində formalaşan yeni reallıqlar fonunda etibarlı tərəfdaş, qətiyyətli və müstəqil qərarverici lider kimi qəbul edildiyini sübut edir:
"Bu, həm də Azərbaycanın təkcə regional deyil, qlobal problemlərin həllində də konstruktiv mövqeyə malik olmasının qəbul edilməsi deməkdir.
Oktyabr ayında dövlət başçısının dörd fərqli coğrafiyada keçirilən beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın xarici siyasətinin çoxvektorlu xarakterini və diplomatik fəallığın coğrafi sərhədləri aşdığını nümayiş etdirir. Bu, həm balanslaşdırılmış, həm də təşəbbüskar siyasətin nəticəsidir. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika, humanitar əməkdaşlıq və sülh təşəbbüslərində oynadığı rol artıq qlobal müzakirələrin ayrılmaz hissəsinə çevrilib".

A. Kərimli vurğulayıb ki, Yaxın Şərq Sülh Sammitində Azərbaycanın iştirakı həm də regionlararası diplomatiya konsepsiyasının real təzahürüdür:
"Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayan Azərbaycan bu platformada sülh, dialoq və qarşılıqlı etimad çağırışlarını səsləndirərək, beynəlxalq sistemdə etimadlı vasitəçi obrazını daha da gücləndirir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq qlobal məsələlərin kənarında qalan ölkə deyil. Əksinə, bu məsələlərin həllinə təsir göstərən, yeni siyasi və iqtisadi balansın formalaşmasında payı olan dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və müstəqil xarici siyasət Azərbaycanı beynəlxalq sabitlik, əməkdaşlıq və təhlükəsizlik gündəliyinin aktiv iştirakçısına çevirib".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL