Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Azərbaycan vətəndaşları axtarışa verilib, ittihamlar hələ təsdiqlənməyib
11 sentyabr 2022-ci il tarixində saat 19:00 radələrində, İstanbulun Sarıyer rayonunda yerləşən “Vadi İstanbul” Ticarət Mərkəzindəki kafelərdən birində iki qrup arasında silahlı insident baş verib. Hadisə zamanı atəş açılması nəticəsində yaralanan şəxslərin olduğu bildirilir.
İlkin məlumatlara görə, insidentdə Azərbaycan vətəndaşları da iştirak edib. Hadisədən sonra Türkiyə polisi əməliyyat keçirərək insidentdə iştirak etdiyi ehtimal edilən bir neçə nəfəri saxlayıb. Digər şəxslər isə hadisə yerindən qaçaraq gizləniblər.
Türkiyə hüquq-mühafizə orqanlarının Azərbaycan tərəfinə verdiyi məlumata əsasən, qaçan şəxslər arasında Azərbaycan vətəndaşları, Murad Muradov, Babək Novruzov, Amil Məmmədov, Şəhriyar Hüseynov, Qoca Aslanovun da, adı çəkilir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırmalara başlanılıb.
Hazırda, Murad Muradov, Babək Novruzov, Amil Məmmədov, Şəhriyar Hüseynov və Qoca Aslanov Azərbaycan Respublikası Baş Prokurorluğunun qərarı ilə axtarışa verilib. Lakin rəsmi qurumlar bildirir ki, onların insidentdə birbaşa iştirakı və ya cinayət törətməsi faktı hələ tam şəkildə sübuta yetirilməyib. Araşdırma istintaq mərhələsindədir və yekun hüquqi qiymət yalnız məhkəmə qərarından sonra verilə bilər.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, şəxs barəsində məhkəmə hökmü çıxarılana qədər o, təqsirsiz hesab olunur. Hadisə ilə bağlı istintaq tədbirləri həm Türkiyə, həm də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən davam etdirilir.