Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Azərbaycanda siyasi fəal kimi tanınan Mirzəyev Dadaş Kazım oğlu ilə bağlı yeni iddialar gündəmə gəlib. Məlumatlara görə, onun ölkəni tərk etməsindən sonra hüquq-mühafizə orqanları tərəfindən ailə üzvlərinə qarşı təzyiq göstərildiyi iddia olunur.Bildirilir ki, siyasi fəaliyyəti səbəbindən təzyiqlərlə üzləşdiyini deyən Mirzəyev Dadas bir müddət əvvəl Azərbaycanı tərk edib. Bundan sonra isə onun ailə üzvlərinin müxtəlif təzyiqlərlə qarşılaşdığı barədə məlumatlar yayılıb.
İddialara əsasən, 2025-cı il 13 noyabr tarixində polis əməkdaşları Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Mirzəyevlərin yaşadığı ünvana gəlib. Məlumata görə, polis əməkdaşları məhkəmə qərarı təqdim etmədən mənzilə daxil olaraq orada axtarış aparıblar.
Hadisədən sonra fəalın atası Mirzəyev Kazım Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Bildirilir ki, polis idarəsində ondan oğlunun harada olması ilə bağlı məlumat almaq məqsədilə sorğu-sual edilib. Eyni zamanda hüquq-mühafizə orqanlarının Mirzəyev Dadaş Kazım oğlu barəsində axtarış elan edildiyini bildirdikləri iddia olunur.
Ailə üzvlərinin sözlərinə görə, polis idarəsində Mirzəyev Kazım oğluna telefonla zəng etməyə məcbur edilib. O isə oğlunun harada olduğu barədə məlumatı olmadığını və onunla əlaqəsinin olmadığını bildirib.
İddialara görə, Mirzəyev Kazım polis idarəsində qanuni əsas olmadan təxminən bir gün saxlanılıb. Bu müddət ərzində ona normal şərait yaradılmadığı, hətta ac və susuz saxlanıldığı qeyd olunur. Daha sonra isə o, şərti şəkildə sərbəst buraxılıb.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
Hüquq müdafiəçiləri bildirirlər ki, qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə qərarı olmadan yaşayış sahəsində axtarış aparılması və şəxsin yaxınlarına təzyiq göstərilməsi ciddi hüquq pozuntusu kimi qiymətləndirilə bilər. Onların fikrincə, bu cür iddiaların müvafiq qaydada araşdırılması vacibdir.
İnsan hüquqları sahəsində fəaliyyət göstərən ekspertlər də hesab edirlər ki, siyasi fəalların ailə üzvlərinə qarşı təzyiq iddiaları cəmiyyət üçün həssas məsələdir və belə hallara hüquqi qiymət verilməsi zəruridir.
ICxeber.info