Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Qaradağ rayon polisi siyasi fəalın evinə baxış keçirdi... Qardaşı həbs olundu!

Tarix:19-05-2025, 17:11 Baxış Sayı:115

Qaradağ rayon polisi siyasi fəalın evinə baxış keçirdi... Qardaşı həbs olundu! Azərbaycanda siyasi fəal, Məlikrzayev Zaminlə bağlı diqqətçəkən iddialar yayılıb. İcxeber.info-nun məlumatına görə, fəal ölkəni tərk etdikdən sonra onun ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən təzyiq göstərildiyi iddia olunur.
Mənbə bildirir ki, siyasi fəaliyyəti səbəbindən təzyiqlərlə üzləşdiyini deyən Məlikrzayev Zamin bir müddət əvvəl ölkədən çıxıb. Bundan sonra isə ailəsinə yönəlik müəyyən addımların atıldığı qeyd edilir.
İddialara əsasən, hadisə 16 may 2025-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Belə ki, polis əməkdaşlarının məhkəmə qərarı təqdim etmədən Məlikrzayev ailəsinin yaşadığı ünvana daxil olaraq axtarış apardıqları bildirilir.
Hadisədən sonra fəalın qardaşı Məlikrzayev Ramin polis əməkdaşları tərəfindən polis idarəsinə aparılıb. Orada ondan qardaşının harada olduğu ilə bağlı izahat alındığı qeyd olunur. Eyni zamanda, hüquq-mühafizə orqanlarının Məlikrzayev Zamin barəsində axtarış elan edildiyini bildirdikləri iddia edilir.
Ailə üzvlərinin sözlərinə görə, Məlikrzayev Ramin polis idarəsində qardaşı ilə əlaqə saxlamağa məcbur edilib. O isə Məlikrzayev Zaminin harada olduğu barədə məlumatının olmadığını və onunla əlaqə saxlamadığını bildirib.
İddialarda həmçinin qeyd olunur ki, Məlikrzayev Ramin polis idarəsində təxminən bir gün saxlanılıb. Bu müddətdə ona normal şəraitin yaradılmadığı, qida və su ilə təmin olunmadığı bildirilir. Daha sonra o, şərti olaraq sərbəst buraxılıb.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
Hüquq müdafiəçiləri isə bildirirlər ki, məhkəmə qərarı olmadan yaşayış sahəsinə daxil olaraq axtarış aparılması və şəxsin yaxınlarına təzyiq göstərilməsi qanunvericiliyə görə ciddi hüquq pozuntusu hesab edilə bilər. Onların fikrincə, bu kimi halların araşdırılması və hüquqi qiymət verilməsi vacibdir.
İnsan hüquqları sahəsində fəaliyyət göstərən mütəxəssislər də vurğulayırlar ki, siyasi fəalların ailə üzvlərinə qarşı təzyiq iddiaları cəmiyyətdə narahatlıq doğurur və bu kimi məsələlər diqqətlə araşdırılmalıdır.

İstinad: İcxeber.infoскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL