Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

BMT məruzəçiləri “Abzas Media”nın qadın jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb

Tarix:24-04-2026, 21:15 Baxış Sayı:54

BMT məruzəçiləri “Abzas Media”nın qadın jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb BMT-nin bir neçə xüsusi məruzəçisi və işçi qrupu Azərbaycan hökumətinə rəsmi müraciət edərək həbsdə olan jurnalistlər Sevinc Abbasova, Nərgiz Absalamova və Elnarə Qasımovanın saxlanma şəraiti, məhkəmə hökmü və uzaq bölgəyə köçürülməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə edib və rəsmi izahat tələb edib
BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi, fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçisi, həmçinin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza üzrə xüsusi məruzəçi və Özbaşına Həbslər üzrə İşçi Qrupu Azərbaycan hökumətinə birgə müraciət ünvanlayıb.
Fevralın 23-də göndərilən sənəddə qeyd olunur ki, müraciət İnsan Hüquqları Şurasının müvafiq qətnamələrinə əsaslanır.
Məruzəçilər Azərbaycan hökumətinin diqqətinə “Abzas Media”nın jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın saxlanma şəraiti, məhkum edilməsi və sonradan köçürülməsi ilə bağlı daxil olmuş məlumatları çatdırıblar.
Qeyd olunur ki, hər üç şəxs jurnalist fəaliyyəti zamanı korrupsiya faktlarını işıqlandırıb, yüksək səviyyəli korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə araşdırmalar aparıb, həmçinin insan hüquqları pozuntularını və ekoloji problemləri işıqlandırıblar.
Vurğulanıb ki, bu şəxslərlə bağlı məsələ daha əvvəl 2024-cü il mayın 16-da da qaldırılıb. Azərbaycan hökumətinin həmin il, iyulun 15-də verdiyi cavabda saxlanma şəraiti ilə bağlı yenilənmiş məlumatları qeyd etdiyi bildirilsə də, məruzəçilər hökm və saxlanma şəraiti ilə bağlı narahatlıqların qaldığını deyir.
Sənəddə əlavə edilir ki, jurnalistlər 2023-cü ilin sonlarından 2025-ci ilin sentyabrınadək Bakı İstintaq Təcridxanasında saxlanılıblar. Onların qeyri-insani şəraitdə saxlanıldığı bildirilir. Kameralarda havalandırma qənaətbəxş olmayıb, tavan və divarlardan su sızması müşahidə edilib. Yay aylarında digər məhbuslara verildiyi halda, jurnalistlərə ventilyator verilmədiyi qeyd olunur. İsti suya çıxış qeyri-müntəzəm olub, duş otaqlarının tez-tez sıradan çıxdığı və ya natəmiz olduğu bildirilir.
2025-ci ilin mart ayında saxlanma müəssisəsinin əməkdaşlarının Nərgiz Absalamovaya xəsarət yetirdiyi, o cümlədən məcburi hərəkət zamanı nəzarətçinin onun qolunu cızdığı qeyd olunur.
Xatırladılır ki, 2025-ci ilin iyulunda üç jurnalist “Abzas Media”nın direktorunun Umbakı həbsxanasına köçürülməsinə etiraz olaraq və onun Bakıya qaytarılması tələbi ilə aclıq aksiyasına başlayıblar. İyulun 22-də həbsxana rəhbərliyinin onları adi kameralardan çıxararaq təkadamlıq kameralara yerləşdirdiyi bildirilir. Bu kameralarda duş, havalandırma və açıq pəncərə olmadığı qeyd olunur.
2025-ci il, iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistləri məhkum edib. Sevinc Abbasova 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar qrup halında valyuta qaçaqmalçılığı, vergidən yayınma və digər iqtisadi ittihamlarla üzləşiblər.
Sentyabrın 9-da hakim Zəfər Əhmədovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi “Abzas Media” işi üzrə hökmləri qüvvədə saxlayıb.
Sentyabrın 25-də apellyasiya şikayətləri təmin olunmadıqdan sonra üç jurnalist Lənkəranda, Bakının təxminən 250 kilometr cənubunda yerləşən Qurumba kəndindəkiPenitensiar Kompleksə köçürülüb. Onlara köçürülmə barədə yalnız bir saat əvvəl məlumat verildiyi, gedəcəkləri yerin isə çatdıqdan sonra bildirildiyi qeyd olunur. Bu məsafənin ailələr və hüquqi nümayəndələr üçün ciddi maliyyə və logistika çətinlikləri yaratdığı vurğulanır.
Köçürülməzdən əvvəl Nərgiz Absalamovanın, demək olar ki, bütün şəxsi əşyalarının, o cümlədən geyim, ayaqqabı, dərman və gigiyena vasitələrinin oğurlandığı iddia edilir. Jurnalistləri ziyarət edən qadınların həbsxana əməkdaşları tərəfindən cinsi qısnamaya məruz qaldığı da bildirilir.
Məruzəçilər iddiaların doğruluğunu əvvəlcədən təsdiqləmədiklərini qeyd etsələr də, istintaq dövründə qeyri-insani və ləyaqəti alçaldan rəftar, jurnalist fəaliyyətləri ilə əlaqəli görünən siyasi motivli ittihamlarla məhkum edilmə və uzaq həbsxanaya köçürülmə ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Bundan əlavə, “Abzas Media” jurnalistlərinə qarşı aparıldığı iddia edilən qarayaxma kampaniyasının onların korrupsiyaya qarşı fəaliyyətini gözdən salmağa yönəldiyi ehtimalı qeyd olunur.
Sənəddə bildirilir ki, bu hal Azərbaycanda xüsusilə korrupsiyaya qarşı çalışan jurnalistlər və hüquq müdafiəçiləri üçün çəkindirici təsir yarada bilər və onların hüquqlarını həyata keçirməsinə mane ola bilər.
Məruzəçilər Azərbaycan hökumətindən irəli sürülən iddialarla bağlı əlavə məlumat təqdim olunmasını, jurnalistlərin məhkum edilməsinin hüquqi və faktiki əsaslarının izah edilməsini və bunun beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olub-olmadığının açıqlanmasını tələb ediblər.
Həmçinin Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraiti, aclıq aksiyasından sonra tətbiq edilən təkadamlıq kameralar, bu tədbirlərin BMT-nin məhbuslarla rəftar üzrə minimum standart qaydalarına uyğunluğu barədə məlumat istənilib.
Üç jurnalistin Lənkəran həbsxanasına köçürülməsi qərarının səbəbləri və bu zaman onların təhlükəsizliyi və rifahının necə nəzərə alındığı barədə də izahat tələb olunub.
Məruzəçilər eyni zamanda Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin, xüsusilə korrupsiya ilə mübarizə aparanların, ifadə azadlığı hüququnu təhlükəsiz və təzyiqsiz mühitdə həyata keçirə bilməsi üçün hansı tədbirlərin görüldüyünü soruşublar.
Məruzəçilər Azərbaycan hökumətinə cavab vermək üçün 60 gün vaxt vermişdilər, bundan sonra müraciət və hər hansı cavabın BMT-nin hesabat saytı vasitəsilə ictimaiyyətə açıqlanacağı qeyd edilmişdi. 
Sənəddə iddia edilən pozuntuların dayandırılması və təkrarlanmaması üçün bütün zəruri müvəqqəti tədbirlərin görülməsinə çağırış edilib. İddialar təsdiqlənərsə, məsul şəxslərin cavabdehliyinin təmin olunmasının vacibliyi vurğulanıb.
Sənədi BMT rəsmiləri Meri Loulor, Metyu Gillett, İrin Xan və Alis Jill Edvards imzalayıb.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL