Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Samirə Qasımlının məhkəməsi başlayıb: “Hakimiyyət deyir, həyat yoldaşını cəzalandırmışıq, sən də bununla barışmalısan”

Tarix:25-04-2026, 21:16 Baxış Sayı:64

Samirə Qasımlının məhkəməsi başlayıb: “Hakimiyyət deyir, həyat yoldaşını cəzalandırmışıq, sən də bununla barışmalısan” 12 il azadlıqdan məhrum edilən siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıya qarşı cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəmə prosesi başlayıb.
Aprelin 24-də Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə hazırlıq iclası keçirilib.
Şikayətçi, Azər Qasımlının işində zərərçəkmiş kimi tanınan Qurbanəli Yusibov Samirə Qasımlının Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. O, məhkəməyə təqdim etdiyi ərizədə Samirə Qasımlının “Facebook” hesabında etdiyi paylaşımlarla onu hədələdiyini, böhtan atdığını və həyatına təhlükə yaratdığını iddia edir.
Qeyd olunan maddələr üzrə alternativ cəzalarla yanaşı, 6 ayadək azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.
“Azadlıq Radiosu”nun məlumatına görə, hazırlıq iclasında Samirə Qasımlının anket məlumatları dəqiqləşdirilib. Daha sonra onun vəkili Aqil Layıc işin aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb.
Müdafiəçi bildirib ki, Samirə Qasımlı ailə qurduqdan sonra Yasamal rayonunda yaşayır və mübahisəyə səbəb olan paylaşımlar da həmin ünvandan edilib:
“Burada söhbət onun əməlində cinayət tərkibinin olub-olmamasından getmir. Məsələ yurisdiksiyadır. Samirə Qasımlının faktiki yaşayış yeri Yasamaldır”.
Hakim Zamiq Bağırov vəsatətin yazılı şəkildə təqdim ediləcəyi halda baxılacağını bildirib. Növbəti məhkəmə iclası mayın 1-nə təyin edilib.
Aprelin 20-də Samirə Qasımlı ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. O, məhdudiyyəti ona qarşı qaldırılan iddialarla əlaqələndirib.
Samirə Qasımlı ittihamları qəbul etmir. O, “Abzas Media”ya bildirib ki, iş siyasi motivlidir və bu proses həm onun, həm də həyat yoldaşının fəaliyyəti ilə bağlıdır:
“Hakimiyyət mənə deyir ki, həyat yoldaşını cəzalandırmışıq, sən də bununla barışmalısan. Onun azadlığı uğrunda mübarizə aparmamalısan, hüquqlarını müdafiə etməməlisən. Qərar verilib, bu şəkildə də qəbul etmək lazımdır. Mənə qarşı baş verənlərin qısa məğzi budur. Bu, Azər Qasımlıya və onunla yanaşı, digər siyasi məhbusların problemlərini gündəmə gətirən Samirə Qasımlıya qarşı yönəlib”.
Qurbanəli Yusibov daha əvvəl Azər Qasımlıya qarşı şikayətində atasının və oğlunun oğurlanması ilə hədələndiyini iddia etsə də, məhkəmə prosesində bu iddiaları təsdiqləyən sübutlar təqdim olunmayıb.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və 2026-cı il martın 11-də 12 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə - külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmədə təqsirli bilinib.
İttihama görə, Qasımlı Qurbanəli Yusibovu oğlunu qaçırmaq və atasını öldürmək hədəsi ilə pul verməyə məcbur edib. Siyasətçi ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL