Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
2016-cı ildə Siyəzəndə baş verən etiraz aksiyalarından sonra həbs olunan şəxslərin işi beynəlxalq hüquq müstəvisinə çıxıb. Avropa İnsan Hüquqları Məhkəməsi artıq bu hadisələrlə bağlı Azərbaycan hökumətinə rəsmi suallar ünvanlayıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Siyəzən rayonunda sosial tələblərlə keçirilmiş etiraz aksiyalarından sonra baş verən həbslərlə bağlı Azərbaycan hökumətinə sorğu göndərib. Məhkəmə uzunmüddətli həbs cəzasına məhkum olunmuş dörd nəfərin - Nizami Qəniyev, Zaur Şəkərov, Müslüm Əzimov və Coşqun Bəğişovun şikayətləri üzrə kommunikasiya mərhələsinə başlayıb.
“Azadlıq Radiosu”nun yazdığına görə, şikayətçilər qanunsuz saxlanıldıqlarını və barələrində çıxarılan məhkəmə hökmlərinin ədalətsiz olduğunu bildiriblər. Onların sözlərinə görə, 2016-cı ilin yanvarında Siyəzən rayon İcra Hakimiyyətinin binası qarşısında unun bahalaşması, işsizlik və yoxsulluğa etiraz olaraq dinc aksiya keçiriblər. İcra başçısının növbəti gün deputatla görüş vəd etməsindən sonra aksiya iştirakçıları dağılışıblar.
Ərizəçilərin AİHM-ə təqdim etdiyi məlumatda qeyd olunur ki, 2026-cı il, yanvarın 12-dən 13-nə keçən gecə polis əməkdaşları aksiya iştirakçılarının bir çoxunun evinə gedərək onları saxlayıb. Ertəsi gün saxlanılanların azad edilməsi tələbi ilə keçirilən növbəti aksiyasını isə polis rezin güllə və gözyaşardıcı qazdan istifadə edərək dağıdıb. Ümumilikdə 55 nəfər saxlanılıb, onlardan 11-i barəsində cinayət işi başlanıb, 44 nəfər isə inzibati qaydada həbs edilib.
Adı çəkilən dörd şikayətçi barəsində də cinayət işi açılıb. Onlara Cinayət Məcəlləsinin 186.2.2 (başqasının əmlakını zədələmə və ya məhv etmə), 228.1 (qanunsuz silah saxlama), 233 (kütləvi iğtişaşların təşkili və ya iştirak), 234.1 (narkotik vasitələrin qanunsuz saxlanması) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaq onların evlərində aparılan axtarış zamanı silah və narkotik vasitələr aşkar edildiyini iddia edib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Müslüm Əzimov və Zaur Şəkərov 6 il, Coşqun Bəğişov və Nizami Qəniyev isə 4 il azadlıqdan məhrum edilib. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsi cəza müddətlərini 6-12 ay azaldıb, Ali Məhkəmə isə bu qərarı qüvvədə saxlayıb.
Şikayətçilər AİHM-də Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi və ailə həyatına hörmət), 11-ci (yığıncaq azadlığı) və 18-ci maddələri üzrə hüquqlarının pozulduğunu bildirirlər.
Məhkəmə Azərbaycan hökumətinə ünvanladığı suallarda saxlanılan şəxslərin istintaq və məhkəmə proseslərində ədalətli mühakimə hüququnun təmin edilib-edilmədiyini, evlərində aparılan axtarışların qanuniliyini və digər məqamları araşdırır.
2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətinin artmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. Bundan sonra gecə saatlarında rayonda çoxsaylı etirazçı saxlanılıb.
Yanvarın 13-də saxlanılanların azad edilməsi tələbi ilə təkrar aksiya keçirilib, insident yaşanıb və yenidən bir neçə nəfər saxlanılıb. Onlardan 11 nəfər barəsində cinayət işi başlanıb, uzunmüddətli həbs cəzasına məhkum edilib, digərləri isə inzibati qaydada həbs olunub.
Rəsmi qurumlar isə hadisələr zamanı yaydıqları açıqlamalarda bildiriblər ki, Siyəzəndə razılaşdırılmamış yürüş keçirilib və hüquqazidd hərəkətlərə yol verən şəxslər saxlanılıb.
Həbs olunan şəxslər isə ittihamları qəbul etməyərək, yalnız sosial problemlərlə bağlı etiraz etdiklərini və heç bir qanun pozuntusuna yol vermədiklərini bəyan ediblər.