Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Anar Məmmədlini dərhal azad etməyə və ona qarşı irəli sürülən ittihamları yenidən nəzərdən keçirməyə çağırıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan Anar Məmmədlinin Azərbaycanda saxlanılmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb.
Rojhan bildirib ki, tanınmış hüquq müdafiəçisi, seçki müşahidəçisi və 2014-cü il Vatslav Havel İnsan Hüquqları Mükafatı laureatı Anar Məmmədlinin həbsindən iki il ötür. Onun sözlərinə görə, Məmmədliyə qarşı irəli sürülən çoxsaylı ittihamlar onun vətəndaş fəallığı, müstəqil seçki monitorinqi və beynəlxalq təşkilatlarla əməkdaşlığına cavab olaraq irəli sürüldüyü qənaətini yaradır.
AŞPA rəsmisi xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi daha əvvəl Anar Məmmədlinin seçki monitorinqi fəaliyyətinə görə susdurulması və cəzalandırılması məqsədilə cinayət təqibinə məruz qaldığını müəyyən edib. Rojhanın fikrincə, hazırkı cinayət işi də oxşar xüsusiyyətlər daşıyır və Azərbaycanın beynəlxalq öhdəliklərə riayət etməsi ilə bağlı ciddi suallar doğurur.
O qeyd edib ki, Məmmədlinin həbsi Azərbaycanda vətəndaş cəmiyyətinə, müstəqil mediaya və hüquq müdafiəçilərinə qarşı artan məhdudiyyətlər fonunda qiymətləndirilməlidir. Belə hallarda cinayət qanunvericiliyindən istifadə hüququn aliliyini və əsas azadlıqların effektiv müdafiəsini daha da zəiflədə bilər.
“Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azad etməyə və Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərə uyğun olaraq ona qarşı ittihamları təcili şəkildə yenidən nəzərdən keçirməyə çağırıram”, – deyə Rojhan vurğulayıb.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra bir neçə maliyyə cinayəti maddəsi də əlavə edilib.
Bu iş üzrə ictimai fəal Anar Abdullaya da ittiham irəli sürülüb. O, əvvəlcə polisin nəzarətinə verilsə də, iyulun 11-də inzibati qaydada 30 sutka həbs edilib. Daha sonra dövlət ittihamçısının vəsatəti əsasında onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında həbs edilib.
Hazırda hər iki şəxsin məhkəmə istintaqı davam edir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Anar Məmmədli və Anar Abdullanı siyasi məhbus kimi tanıyıb.