Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Azərbaycan mətbuat azadlığı indeksində ən pis 10 ölkə sırasına düşüb

Tarix:30-04-2026, 18:30 Baxış Sayı:36

Azərbaycan mətbuat azadlığı indeksində ən pis 10 ölkə sırasına düşüb Azərbaycan 2026-cı il üzrə Dünya Mətbuat Azadlığı İndeksində dörd pillə geriləyərək 167-ci yerdən 171-ci yerə düşüb. Bu, ölkənin son 25 ildə qeydə alınmış ən aşağı göstəricisi hesab olunur və Azərbaycanı mətbuat azadlığı sahəsində dünyada ən pis göstəricilərə malik 10 ölkə sırasına daxil edir
“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının hazırladığı hesabatda Azərbaycan “çox ciddi vəziyyət” kateqoriyasına aid edilən ölkələr sırasında yer alır. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional qiymətləndirməsində bildirilir ki, regionda mətbuat azadlığının ümumi geriləməsi əsasən qanunvericilik mühitinin pisləşməsi ilə bağlıdır.
Hesabatda Azərbaycan Belarus, Rusiya və Türkmənistanla birlikdə hüquqi göstəricilər üzrə ən zəif nəticə göstərən ölkələr arasında yer alır. Reytinqdə Azərbaycan 171-ci, Rusiya 172-ci, Türkmənistan isə 173-cü pillədə qərarlaşıb.
Dünyada mətbuat azadlığı geriləyib
RSF bildirir ki, qlobal miqyasda mətbuat azadlığının vəziyyəti ağırlaşıb. İndeksin 25 illik tarixində ilk dəfə olaraq dünya ölkələrinin yarıdan çoxu mətbuat azadlığı baxımından “çətin” və ya “çox ciddi” vəziyyət kateqoriyasına daxil edilib. 180 ölkə və ərazi üzrə orta göstərici isə indiyədək ən aşağı səviyyəyə enib.
Təşkilat bu geriləməni jurnalistikanın getdikcə daha çox cinayət təqibi ilə üzləşməsi, milli təhlükəsizlik qanunlarının geniş tətbiqi, jurnalistlərə qarşı sərtləşən siyasi ritorika, media iqtisadiyyatının zəifləməsi və hüquqi təzyiqlərin artması ilə izah edir.
Azərbaycan niyə geriləyib?
“Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye “Abzas Media”ya bildirib ki, Azərbaycanın hazırkı indeks üzrə qlobal balı 23,95-dir və ölkə daha 1,5 bal geriləyib. O, mövcud vəziyyəti “çox ciddi” kimi qiymətləndirib.
Onun sözlərinə görə, Azərbaycan jurnalistika üçün ən repressiv mühitlərdən bəziləri ilə eyni sırada dayanır.
Kavelye bildirir ki, ən ciddi pisləşmə siyasi və hüquqi mühitdədir:
“Siyasi indikator onsuz da son dərəcə aşağı olduğu halda, təxminən beş bal itirərək ən kəskin enişi qeydə alıb. Bu, media mənzərəsinin hakimiyyət tərəfindən demək olar ki, tam nəzarətdə saxlanıldığını göstərir. Ölkə daxilində fəaliyyət göstərən media qurumları üçün redaksiya müstəqilliyi faktiki olaraq mövcud deyil. Tənqidi reportajlar kənara sıxışdırılır, hökumət media idarəçiliyinə birbaşa müdaxilə edir, eyni zamanda jurnalistlərə qarşı qarayaxma kampaniyaları və hədə-qorxu təşkil olunur”.
RSF nümayəndəsi Azərbaycanda hüquqi indikatorun da pisləşdiyini deyir. Onun fikrincə, ölkədə qanun mətbuata qarşı alətə çevrilib:
“Hazırda Azərbaycanda 25 jurnalist həbsdə saxlanılır ki, bu da ölkəni Çin və Rusiya kimi ölkələrdən dərhal sonra dünyada media peşəkarlarını ən çox həbs edən əsas ölkələrdən birinə çevirir. Onların demək olar hamısı “valyuta qaçaqmalçılığı” kimi saxta ittihamlarla mühakimə olunub və ya olunur; bu işlər sübut çatışmazlığı, müdafiə hüquqlarının pozulması və ciddi qüsurlu məhkəmə prosesləri ilə xarakterizə olunur. Bu tendensiyalar Azərbaycanda repressiyanın təkcə geniş yayılmadığını, həm də institusionallaşdığını göstərir və ölkəni yalnız “media səhrası” kimi təsvir edilə biləcək bir yerə çevirir”.
RSF beynəlxalq reaksiyanı yetərsiz sayır
Janna Kavelye Azərbaycandakı vəziyyətə beynəlxalq reaksiyanın kifayət qədər olmadığını bildirib və beynəlxalq aktyorların təmkinli yanaşmasının problem yaratdığını deyir.
RSF “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının azadlığı üçün kampaniya aparır. Təşkilat onun işindən Azərbaycanda jurnalistikaya qarşı daha geniş təzyiqlərə işıq salmaq üçün istifadə edildiyini bildirir.
Kavelye deyir ki, RSF demokratik hökumətlərlə, xüsusilə Azərbaycanla güclü iqtisadi əlaqələri olan ölkələrlə fəal işləyir:
“Biz demokratik hökumətlərlə, xüsusilə Azərbaycanla güclü iqtisadi əlaqələri olanlarla fəal şəkildə işləyirik ki, onları Prezident İlham Əliyevin rejiminə real təzyiq göstərməyə sövq edək. Enerji tərəfdaşlıqları və strateji maraqlar fundamental hüquqları nəticəsiz şəkildə üstələməyə davam edə bilməz”.
O, Avropa İttifaqına üzv dövlətləri, Avropa Şurasını və ABŞ kimi tərəfdaşları dərhal və görünən addımlar atmağa çağırır:
“Bu, Sevinc Vaqifqızının və Bakıda saxlanılan digər 24 jurnalistin özbaşına həbsini, o cümlədən saxta ittihamların və ədalətsiz məhkəmələrin tətbiqini koordinasiyalı şəkildə açıq pisləmək deməkdir. Bu, həm də diplomatik və iqtisadi münasibətlərdən istifadə edərək bu işləri birbaşa Azərbaycan hakimiyyəti qarşısında qaldırmaq və əməkdaşlığı, iqtisadi və maliyyə sazişləri də daxil olmaqla, konkret irəliləyişlə, ilk növbədə həbsdə olan jurnalistlərin azad edilməsi ilə şərtləndirmək deməkdir. Beynəlxalq nümayəndələr xüsusilə apellyasiya prosesi zamanı əsas məhkəmə iclaslarında iştirak etməlidirlər ki, nəzarət və dəstək siqnalı versinlər. Saxlanma şəraitinə də təcili diqqət yetirilməlidir”.
Kavelye Azərbaycanın müstəqil jurnalistikasına, xüsusilə mühacirətdə fəaliyyət göstərən media qurumlarına dəstəyin artırılmasına ehtiyac olduğunu da bildirir:
“Beynəlxalq aktorlar xaricdəki azərbaycanlı jurnalistlər üçün müdafiə mexanizmlərini gücləndirməlidirlər, çünki repressiya getdikcə ölkə sərhədlərindən kənara da yayılır”.
O, ölkədəki həbslərə görə məsuliyyət daşıyanların cavabdehliyə cəlb edilməsi üçün çalışdıqlarını da deyir:
“Özbaşına həbslərə görə məsuliyyət daşıyanların cavabdehliyə cəlb edilməsi üçün hüquqi yolları araşdırırıq və hökumətlər mətbuat azadlığının ciddi pozuntularında iştirak edən rəsmilərə qarşı hədəfli sanksiyalar kimi vasitələrdən istifadə etməyə hazır olmalıdırlar. Repressiya üçün aydın bədəl olmadıqca, hazırkı trayektoriya davam edəcək. Burada söhbət təkcə Azərbaycandakı vəziyyətdən deyil, həm də hər yerdə mətbuat azadlığını müdafiə etmək barədə beynəlxalq öhdəliklərin etibarlılığından gedir”.
Hakimiyyət hesabatı hələlik şərh etməyib
Azərbaycan hakimiyyəti RSF-in bu hesabatını hələlik şərh etməyib. Lakin rəsmilər əvvəlki oxşar hesabatlarda səslənən tənqidləri təkzib edib, beynəlxalq insan haqları qurumlarını qərəzli mövqedə ittiham ediblər. Hakimiyyət nümayəndələri ölkədə təməl insan haqlarının qorunduğunu bildirirlər.
Hüquq müdafiəçilərinin hesabatlarına görə, Azərbaycanda 340 siyasi məhbus var. Onların bir qismi media mənsublarıdır. Hökumət isə bu iddiaları rədd edir.
Ən yaxşı və ən pis göstəricilər
RSF-in məlumatına əsasən, 2025–2026-cı illər ərzində 180 ölkədən 110-da hüquqi mühit pisləşib. Bu, fövqəladə və təhlükəsizlik qanunlarının, terrorizm və ekstremizm ittihamlarının, eləcə də digər hüquqi mexanizmlərin jurnalistlərə qarşı istifadə olunması ilə əlaqələndirilir.
Dünyada ən pis göstərici Eritreyaya məxsusdur və bu ölkə ardıcıl üçüncü ildir indeksin sonuncu pilləsində qərarlaşıb. Gürcüstan 135-ci, Türkiyə 163-cü, İran 177-ci yerdədir.
İndeksin ən yüksək pilləsində isə Norveç yer alır. Bu ölkə ardıcıl onuncu ildir birinci mövqeyini qoruyur. Norveçlə yanaşı Niderland, Estoniya, Danimarka və İsveç də ən yaxşı göstəricilərə malik ölkələr arasındadır.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL