Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Akif Qurbanov yazılarının müsadirə edildiyini, telefon danışıqlarına məhdudiyyət qoyulduğunu bildirib

Tarix:1-05-2026, 21:26 Baxış Sayı:89

Akif Qurbanov yazılarının müsadirə edildiyini, telefon danışıqlarına məhdudiyyət qoyulduğunu bildirib “Toplum TV işi” üzrə həbsdə olan Akif Qurbanov saxlanma şəraiti və ona qarşı tətbiq edilən məhdudiyyətlərdən yazıb. O, son günlər kamerada axtarış aparıldığını, yazılarının götürüldüyünü və telefon danışığı hüququnun məhdudlaşdırıldığını bildirib
“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov saxlanıldığı Bakı İstintaq Təcridxanasından müraciət ünvanlayıb.
“Toplum TV”nin dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik:
"Hakimiyyət bizi həbs etməklə cəmiyyətdən təcrid etməyi və fəaliyyətimizin dayanmasını hədəfləyirdi. Lakin bu istiqamətdə hər cür özbaşınalıqlar etməsinə baxmayaq, istəyinə nail ola bilmir. İçəridən yazırıq, dostlara mesaj göndəririk, onlar mövqeyimizi ifadə edir, məhkəmələrdə çıxış edirik.
O cümlədən adına həbs olunduğumuz qruplar da fəaliyyətlərini çətin şərtlər altında olsa da, davam etdirir. Bu da, yəqin ki, “yuxarıda oturanları” narahat edir. Bunların fonunda reaksiyalar verirlər.
Belə ki, ötən cümə, aprelin 25-də qaldığım kamera “şmon” (axtarış) edildi. Axtarış zamanı bir neçə yazım götürüldü. Həmin yazılar əvvəllər ictimailəşdirilmiş materiallar idi və sadəcə qaralama nüsxələri kimi qalmış vərəqlərdən ibarət idi.
Aprelin 28-də isə kamerada mənimlə birlikdə saxlanılan iki nəfəri apararaq onlardan izahat alıblar. Onlardan izahatda “hakimiyyət əleyhinə yazılar yazır, çağırışlar edir” ifadəsinə şahid olduqlarını qeyd etmələri istənilib.
Onların mənə bildirdiyinə görə, bu tələbi rədd ediblər. Yalnız həmin vərəqlərin onlara aid olmadığını qeyd ediblər.
Sonra mənimlə görüşdülər və akt tərtib etdiklərini bildirdilər. Qeyd etdilər ki, hakimiyyət əleyhinə yazılar yazmamalıyam, telefonla yalnız ailə üzvlərim və dostlarımla danışmalıyam, onlara hər hansı mesaj və ya istiqamət verməməliyəm. Həmçinin məndən izahat yazmağımı tələb etdilər.
Mən isə hər dəfə cavab olaraq bildirdim ki, heç bir izahat yazmayacağam. Siyasi fəaliyyətimə görə saxlanıldığım üçün hakimiyyət əleyhinə yazılar yazmağım və çağırışlar etməyim təbiidir və bunda qeyri-qanuni heç nə yoxdur. Bundan sonra da fəaliyyətimi davam etdirəcəyəm. Həmin yazılarda hər hansı hüquq pozuntusu və ya zorakılığa çağırış yoxdur. Sizin bu tələbləriniz də qanunsuzdur.
Bundan əlavə, telefon danışıqlarıma nəzarət ediləcəyini bildirdilər. Halbuki artıq telefon danışıqlarımın nəzarət altında olduğunu bilirəm. Hətta səs yazılarım da aparılır: vəkilə və məhkəməyə aparıldığım zaman - “voronok”da (məhbus daşıyan avtomobildə), eləcə də məhkəmədə etdiyim çıxışlar qeydə alınır və DTX-nin “Analitik Mərkəzi”ndə təhlil olunur. Bu barədə mütəmadi olaraq rəhbər şəxslərə hesabatlar təqdim edilir.
Görünür, fəaliyyətimizdən narahat olduqları üçün indi də bu kimi qanunsuz göstərişlər verirlər.
Amma istədiklərinə nail ola bilməyəcəklər. Dəfələrlə ictimai bəyanımızda ifadə etmişik ki, bizi yalnız fiziki olaraq aradan qaldırmaqla dayandırmaq olar. Bilirəm ki, onu da yenə “yuxarıda oturanlar”, bizə siyasi nəzarəti həyata keçirən qurum DTX, Prezident Administrasiyasının göstərişi ilə sizə tapışırıq veriblər.
Mənə heç bir akt təqdim olunmadı; tələb etməyimə baxmayaraq, bu mümkün olmadı.
Dünən, aprelin 29-da telefonla danışıq növbəm idi. Əvvəlcədən mənə bildirildi ki, yalnız ailə üzvlərimlə danışa bilərəm, digər şəxslərlə əlaqə qurmağa cəhd etsəm, danışıq dayandırılacaq.
Mən buna etiraz edərək bildirdim ki, bu, qanunsuzdur və mən 15 dəqiqəlik telefon danışığı hüququmdan yalnız qanun çərçivəsində istifadə edəcəyəm. Heç bir əlavə qanunsuz göstəriş və ya şərti qəbul etmirəm.
Daha sonra rəhbərliklə danışıldığı bildirildi və nəticədə bunun mümkün olmadığı deyildi.
Nəticə etibarilə, siyasi göstəriş əsasında telefon hüququmdan istifadə etməyimə imkan verilmədi.
Bu qanunsuzluğun dayandırılması üçün vəkillərimdən müvafiq addımlar atmağı xahiş edirəm.
O cümlədən, cəmiyyətdən dəstək gözləyirəm. Respublikaçılar yalnız hüquqa itaət edir, tək adama yox!”
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra polis nəzarətinə götürülüb.
Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilib. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL