Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

“1 dollar 2.2-2.8 manat olacaq”

Tarix:3-01-2017, 13:57 Baxış Sayı:275

“1 dollar 2.2-2.8 manat olacaq”

İqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu ölkə iqtisadiyyatının 2017-ci ildəki vəziyyətinə dair gözləntilərini bölüşüb. Onun feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:

Bu ilin iqtisadiyyatından gözləntiləri müsbət notlarla təqdim edə bilmirəm. Bunun başlıca səbəbi yola saldığımız il ərzində yetərincə imkanlar və şansların o dəyərləndirilməməsi, tələb olunan qərarların vaxtında verilməməsi və ona görə də problemlərin çoxunun bu ilə aparılmasıdır. Nəticədə hətta rəsmi statistik məlumatlarda da ötən il ərzində Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi, ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yerləri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu qara siyahıya liderlik etdi. Beləliklə də start vəziyyəti gözlənildiyindən də xeyli pis olan 2017-ci ildən gözləntilər də nikbinlik yaratmır.

Pis göstəricilərlə 2017-ci ilə keçid edən milli iqtisadiyyatın yeni gerçəkliyin və tələblərinin əsas yükünü aztəminatlı əhali və azad sahibkarlar çəkəcək. İlin birinci yarısı daha ağır olacaq. Bu dövrdə ərzində iqtisadi böhran büdcə böhranına da gətirib çıxaracaq. Çünki, azalan idxal, zəifləyən iqtisadi fəallıq büdcənin mədaxilinin proqnoz səviyyəsində formalaşmasına problemlər yaradacaq. Bu da xüsusilə də 1-ci rübdə büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı və pensiyaların vaxtında verilməsində ciddi çətinliklər yaradacaq.

İlin ən böyük problemi işsizlik və inflyasiya olacaq. İş yerlərinin ixtisarı 2017-ci ildə də davam edəcək. Bu il ərzində daha çox ixtisaslı işçilər işlərini itirəcəklər və bu da əmək bazarında iş yerləri uğrunda rəqabəti daha da kəskinləşdirəcək
İnflyasiyaya gəlincə, qiymətlərə artırıcı təsir göstərən mövsümi amillər və inhisarçı şirkətlərin müraciəti əsasında bahalaşan tariflər olacaq. İl ərzində enerji daşıyıcılarının, kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının yeni qərarları olacaq. Bu və digər amillərin təsiri ilə 2017-ci ildə də inflyasiya iki rəqəmli olacaq.

2017-ci ildə maliyyə və bank sektorunun çətinlikləri davam edəcək. Maliyyə bazarlarına nəzarət Palatasının bankların xərclərinin artımını şərtləndirən yeni qərarlarının bu ildən icraya yönəlməsi bankların və qeyri-bank kredit təşkilatlarının manevr imkanlarını məhdudlaşdıracaq. Əldə etdiyi gəlirlərlə xərclərini tənzimləmək sahəsində problemlərlə üzləşən əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən bir neçə bankın lisensiyası geri alınacaq, həm bank və həm də bank olmayan kredit təşkilatları fəaliyyətlərini dayandırmaq və birləşmək məcburiyyətində qalacaqlar.

Fikrimcə, il ərzində manatın dollara nəzərən məzənnəsi 3 ssenaridən birində inkişaf edə bilər. Ən yaxşı ssenaridə 1 dollara görə manatın orta məzənnəsi 2 manat 20 qəpik, orta ssenaridə 2 manat 50 qəpik, pis ssenairədə isə 2 manat 80 qəpik ola bilər. Bir sözlə manatın dollara nisbətdə məzənnəsi üçün dəhliz 2 manat 20 qəpiklə 2 manat 80 qəpik arasında müəyyənləşə bilər.

2017-ci ildə manatın gerçək məzənnəsi formalaşmayınca ölkəyə kapital cəlb etmək və iqtisadiyyatı sabitləşdirmək mümkün olmayacaq. Bunun üçün də iqtisadi sahədə struktur və institutsional, eləcə də dövlət idarəetməsində inzibati və məhkəmə islahatları aparılmalı, milli iqtisadiyyatın liberallaşdırılması, sağlam rəqabətin dəstəklənməsi və yerli özünü idarəetmə keyfiyyətcə yeni mərhələyə daxil olmalıdır. Gözlənilən dəyişikliklər yalnız müstəqil vətəndaş cəmiyyəti və azad mətbuatın dəstəyi ilə səmərə verə bilər. Bu da o deməkdir ki, iqtisadi reformalar siyasi islahatlarla birlikdə aparılmalıdır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL