Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Qeyd edirək ki, Salyan Suvarma Sistemləri İdarəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabedir. İdarəyə uzun illərdir Tahir Yusif oğlu Yusifov rəhbərlik edir.
Məlumatımıza görə, Səlyan rayonunda və bölgədə Tahir Yusif oğlu Yusifovu “Dollar Tahir” adı ilə tanının. Buna səbəb isə ilər ərzində Əhməd Əhmədzadənin kadırlarından biri olan Tahir Yusifov rüşvət və korrubsiya əməlləri ilə artıq kiçik aliqarxlardan birinə çevrilib. Məlumatımıza əsasən Tahir Yusifov bir biznesmen kimi də sahibkarlıq failiyyəti ilə tanınır. Bakıda və azərbaycanın müxtəlif bölgələrində yanacaq doldurma məntəqələri, şadlıq sarayı, kafe – restoran obyektləri, villa və mənzillərin sahibi kimi, fermer təsarüfatı ilədə aktiv şəkildə məşğuldur. Tahir Yusifovun axırıncı müqaviləsinidə diqqətinizə çatdırırıq.
Bu 5 müqavilənin hamısı “Sevinc-96” Məhdud Məsuliyyətli Cəmiyyətlə imzalanıb.
Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə İdarə Şirkətə 279447.39 AZN, Elektrik və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 263401.88 AZN, Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 279447.39 AZN, Mexanizmlər, təkərli traktor və avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 197079.06 AZN, Təmir tikinti işləri üçün tikinti materiallarının satınalınması adlı tendeerə görə isə 266140.27 AZN ödəyəcək.
Axtarış portallarında T. Yusifovun adını axtarışa verərkən haqqında onlarla neqativ xəbərlər üzə çıxır. Onun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta icra başçısı olmaq üçün vaxtilə çabalar göstərdiyi haqda məlumatlara rast gəlmək mümkündür. Milyonçu kimi təqdim olunan idarə rəisinin hazırkı icra başçısı Sevindik Hətəmovla hesablaşmadığı da qeyd edilir. “Salyan rayonuna icra başçısı təyin edilən Sevindik Yusifov ilk vaxtlar Tahir Yusifovu vəzifədən çıxartmaq istəyirmiş. Ancaq sonradan Tahir Yusifov başçı ilə anlaşaraq dollar “sandığının” ağzını açıb” deyə xəbərlərin birində qeyd edilir.
Ümumiyyətlə, Azərbaycanda hazırda tenderlərin korrupsiya mənbəyi olması haqda ən yüksək səviyyələrdə dəfələrlə fikirlər səsləndirilib. Belə halda bir gündə 1.2 milyonluq 5 tenderi eyni şirkətin qazanması əlbəttə ki, şübhələrə yol açır.
Bəs “Sevinc 96” şirkəti kimə məxsusdur. Yenə də açıq mənbələrə müraciət edək. Mediada yayılan məlumatlara görə, “Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur.
İş adamının “İlkin N” adlı şirkəti də var və maraqlıdır ki, həmin şirkət də davamlı olaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan idarələrin tenderlərinin yenilməz qalibi olur.
Q. Abbasov sahibi olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-ləri idarə edir.
Daha bir maraqlı məqam ondan ibaarrətdir ki, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi, Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanasının elan etdiyi ümumilikdə 148 tenderi təkcə “İlkin-N” MMC adlı şirkət tərəfindən qazandığı bildirilir.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, “Sevinc 96” şirkəti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin də tenderlərini bir gün fərqlə qazanmağı bacarıb. Salyan Suvarma Sistemləri İdarəsi ilə bağlı informasiya dünən, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi ilə bağlı məlumat isə bu gün dövlət satınalmaları portalına yerləşdirilib.
MMC Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin 3 tenderi üzrə 777 min 713 manatlıq müqavilə bağlanıb. Dövlət İdarəsi bağlanan müqavilələr üzrə şirkətə Mexanizmlərin ehtiyat hissələrinin satınalınmasına görə 278843.1 AZN, Nasos və mexaniki avadanlıqların ehtiyat hissələrinin satınalınmasına görə 289876.84 AZN, Təmir işləri üçün tikinti materiallarının satın alınmasına görə 208994.87 AZN ödəniş edəcək.
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Məmməd oğlu İsmayılovdur. A. İsmayılovhaqdadainternetresurslarındaneqativxəbərlər “ KİV – i tərəfindən faktlar əsasında kifayət qədər çoxdur.
Araşdırmamız davam edir.
Məqələnin obyektivliyini qorumaq məqsədi ilə qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.