Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

İçərişəhərdə polislə gənclər arasında insident - 3 nəfər həbs edilib

Tarix:30-08-2022, 06:15 Baxış Sayı:122

İçərişəhərdə polislə gənclər arasında insident - 3 nəfər həbs edilib

Bir neçə gün əvvəl Səbail rayonu İçərişəhər Tarixi Memarlıq Qoruğunun ərazisində insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qoruq ərazisində polis əməkdaşı Murad Quluzadə (soyadlar şərtidir) buruntaqsız “Stuff” cinsi iti gəzdirən 4 gəncə (3 oğlan və 1 qız) yaxınlaşıb. O, gənclərə itə buruntaq taxılmalı olduğunu, ətrafdakı insanların, xüsusilə uşaqların qorxa biləcəyini deyərək irad bildirib və İçərişəhərdə bu formada it gəzdirməyin qadağan olduğunu vurğulayıb. Bu zaman gənclər əvvəlcə itin təhlükəsiz olduğunu deyiblər və polis əməkdaşı onlardan tələbini davam etdirincə, “Bizim kim olduğumuzu bilirsən?!”, deyərək münaqişə yaradıblar. Münaqişə zəminində onlar M.Quluzadəyə fiziki müdaxilə ediblər, polis əməkdaşı yerə yıxılıb. Bundan sonra əraziyə Səbail RPİ 9-cu PB-nin əməliyyat qrupu gəlib və polisin tələbinə əməl etməyən şəxslər bölməyə gətirilib.

Məlum olub ki, onlar Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi, 2003-cü il təvəllüdlü Yusif Nəbiyev, onun qardaşı, 1999-cu il təvəllüdlü Oqtay Nəbiyev və Cəmil adlı dostlarıdır.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib. Gənclər daha sonra Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Yusifə 20, qardaşı Oqtaya 10, Cəmilə isə 8 sutka həbs cəzası verilib. Onlarla birgə olan qız isə sərbəst buraxılıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL