Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Toyda oynadığı yerdə qəfil öldü: Qaxdakı faciəli hadisənin TƏFƏRRÜATI

Tarix:31-08-2022, 16:17 Baxış Sayı:131

Toyda oynadığı yerdə qəfil öldü: Qaxdakı faciəli hadisənin TƏFƏRRÜATI

Ötən gün Qaxda toy mərasimində bədbəxt hadisə baş verib. Qax şəhər sakini 1968-ci il təvəllüdlü Vəfa Loğman qızı Məmmədovanın qəfildən halı pisləşib və dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, oxu.az hadisə ilə bağlı bir sıra təfərrüatları öyrənib.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, V.Məmmədova ürəktutmasından dünyasını dəyişib:

“Xanım qəfildən, rəqs edən zaman ürəktutmasından dünyasını dəyişib. Hadisə iş yoldaşının övladının toyunda baş verib. Qadındır, kişi deyil ki, içkidən nəsə olsun. Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbdə müəllim işləyirdi. Hadisə saat 8-9 radələrində baş verib. Yüzlərlə insanın gözünün qarşısında olub. Bu gün dəfn edəcəklər”.

Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbin nümayəndəsi isə V.Məmmədovanın sənətinə vurğun biri olduğunu qeyd edib:

“Zəhmətkeş, əzmkar xarakterli idi. Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Bu məktəbdə 1991-ci ildən fəaliyyət göstərib. Əvvəl ixtisası rus dilində olub, sonradan dəyişib. Müəllim üçün ən gözəl nə varsa, Vəfa müəlliməyə aid idi. O, kursda da dərs deyirdi. Hadisə kursdakı iş yoldaşının toyunda baş verib. Üç uşağı var. İki qız, bir oğlan. Bir qızı bu il magistratura şöbəsinə qəbul olub, kiçik qızı bu il orta məktəbi bitirib, oğlu universitetdə təhsil alır. Kiçiyinin nəticəsini görə bilmədi. Ailəsi haqda çox danışan biri olmayıb”.

Məktəb nümayəndəsi onun onkoloji xəstə olduğunu da söyləyib:

“O, onkoloji xəstə idi. Biz ona həsəd aparırdıq. Heç vaxt xəstəliyi özünə yaxın buraxmırdı. 9 ildir ki, xəstə idi. Döş xərçəngi idi. Onun son vaxtlar güclü təzyiqi olurdu. Canına fikir verən biri deyildi. Bir gün öncə onu gördüm. Üzündə qəribə ifadə var idi. Halı xoşumuza gəlmədi. Axşam əlaqə saxladıq, xeyli danışdıq. Yaxşı olduğunu dedi. Dünən məktəbdə hamı ilə danışıb, gülüb. Hətta bir neçə gün öncə müəllimlərdən birini görüş zamanı tanımayıb. Adını unudub. Xəstəliyi ağırlaşmışdı, gecələr yatmırdı, 15 dəqiqə yatırdı. Bu gün saat 16:00 radələrində dəfn olunacaq. Hələ özümüzə gələ bilmirik. Qəfil oldu”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL