Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

“Bacım təcavüzə məruz qalıb, onu ruhi xəstə kimi, günahkar çıxarmağa çalışırlar”

Tarix:27-12-2022, 16:55 Baxış Sayı:128

“Bacım təcavüzə məruz qalıb, onu ruhi xəstə kimi, günahkar çıxarmağa çalışırlar”

Şikayətçi bu məsələdə atasını günahlandırır

Mingəçevir sakini Aynur Kərimova bacısının təcavüzə məruz qaldığını, lakin təqsirkarın cəzalandırılmadığını deyir. O iddia edir ki, bu işdə zərərçəkənin özünü günahkar çıxarmağa, onu ruhi xəstə kimi təqdim edib, cinayəti ört-basdır etməyə çalışırlar. Aynur Kərimovanın bacısına qarşı təcavüzdə ittiham olunan şəxs isə öz atasıdır.

“Onun necə biri olduğunu da adamlardan tutmuş, polisə qədər hamı bilir”

Bu barədə Meydan TV-yə danışan Aynur Kərimova öz ailəsilə Mingəçevirdə olsa da, atasıgil Hacıqabul rayonunun kəndlərinin birində yaşayır. Deyir ki, anası 29 yaşında vəfat edib:

“Anam xəstə ola-ola atam başqa qadın gətirmişdi. Bacım T.H gözünü açandan ögey ana yanında böyüyüb. Düz-əməlli məktəbə getməyib, normal oxuma-yazma bilmir. Atam dəfələrlə həbsdə olub, onun necə adam olduğunu Hacıqabulda sadə adamlardan tutmuş, polisinə qədər hamı yaxşı bilir…”

“Hədə-qorxu gəlib ki, kimsə bilsə, başını kəsərəm”

Aynur Kərimova deyir ki, 31 yaşlı bacısı uzun müddət təcavüz haqda susub, qorxudan ona xəbər verməyib. Çünki atası onu hədələyib. Onun sözlərinə görə, T.H ona heç nə deməsə də, ögey anası bilirmiş:

“Bacım sonradan mənə danışdı ki, atam ona hədə-qorxu gəlib, deyib ki, “kimsə bilsə, başını kəsərəm”. Neçə dəfə bu iş olub. Bacım daha onunla danışmırmış. Hər dəfə atamı görəndə qorxudan qaçıb qonşuya gedirmiş. Analıığım evə gələndə ona xəbər verib. O da deyib ki, heç kim bilməsin…”

Aynur Kərimova danışır ki, bu məsələnin üstü açılandan sonra bacısını ruhi-əsəb dispanserinə yerləşdiriblər, onu psixi xəstə kimi təqdim ediblər. Onun sözlərinə görə, qohumlar, hətta qardaşı da biabır olmamaq üçün bu işin qapanmasının tərəfdarıdır. Hətta onun özünü ittiham edirlər:

“Məni, yoldaşımı şərləməyə çalışdılar. Gah dedilər ki, qıza nə olubsa, siz eləmisiniz, gah dedilər ki, siz öyrədirsiniz. Amma bacım da uşaq deyil, hər şeyi dəqiqliyilə danışır ki, başına nələr gəlib. Təcavüzə məruz qalanı günahkar çıxarmağa çalışırlar”.

“Böhtandır…”

Atası İlham Hüseynov Aynur Kərimovanın ittihamlarının şər-böhtan olduğunu bildirib. O, hüquq-mühafizə orqanlarına izahatında da qızına qarşı heç bir nalayiq hərəkətə yol vermədiyini, onunla bağlı səslənən fikirlərin yalan olduğunu deyib. Qızının psixi durumunda problemlər olduğunu da vurğulayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Meydan TV-yə bildirilib ki, sözügedən məsələ ilə bağlı materiallar Hacıqabul Rayon Polis Şöbəsindən aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib:

“Hal-hazırda prokurorluqda araşdırılır”.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL