Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

İlkin Süleymanovun atası Ali Məhkəmənin sədrinə müraciət etdi: “Bu cinayətə əli bulaşmış şəxslər təzyiq göstərir”

Tarix:7-04-2023, 16:36 Baxış Sayı:135

İlkin Süleymanovun atası Ali Məhkəmənin sədrinə müraciət etdi: “Bu cinayətə əli bulaşmış şəxslər təzyiq göstərir”

“Hakim bir sıra vacib şahidləri çağırıb dindirmir, telefon anten məlumatlarını almır, məhkəmə prosesini tələsik yekunlaşdırmağa çalışır…”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra bu kənddə yanmış meyitin tapılmasıyla bağlı məhkəmə prosesinin hər iclasında bu cinayət işiylə bağlı yeni faktlar ortaya çıxır. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkillərinin vəsatəti əsasında məhkəməyə çağırılıan ekspertlərin dindirilməsilə bu işdəki ziddiyyətlər daha da artdı.

Vəkillər hesab edir ki, İlkin Süleymanovun təqsirsizliyinə dəlalət edən digər çoxsaylı məqamlar da var və onların üzə çıxarılması üçün bir sıra başqa şəxslərin də şahid qismində dindirilməsi zəruridir. Həmin şəxslərlə bağlı məhkəməyə vəsatətlər də veriblər. Onların arasında yüksək vəzifədə çalışan generaldan tutmuş, müstəntiqə qədər müxtəlif şəxslərin adları var.

Lakin İlkin Süleymanovun atası iddia edir ki, oğlunun təqsirsizliyini sübut edən faktlar ortaya çıxdıqca, hakim bu məhkəmə prosesini tələsik yekunlaşdırmağa çalışır. İbrahim Süleymanov bu barədə Ali Məhkəmənin yeni sədri İnam Kərimova məktubunda yazıb.

O vurğulayıb ki, uzun müddətdir Gəncə Ağır Cinayətlər Məhkəməsində ortaya çıxan faktlar, cinayət işindəki ziddiyyətlər oğlunun təqsirsiz olduğunu, sübutların saxtalaşdırıldığını və cinayətin İlkin Süleymanovun üzərinə atıldığını təsdiqləyir.

“Əsl qatillərin üzə çıxarılmasını təmin edə biləcək bütün faktlar prokurorluq tərəfindən məqsədli şəkildə saxtalaşdırılıb. Oğlum planlı şəkildə bu cinayətin qurbanına çevrilib. İlkinin bu cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmadığı işə baxan məhkəməyə də məlumdur. Lakin məhkəmə bu iş üzrə qanuni və ədalətli hökm çıxarmaq niyyətində deyil. Əlləri bu amansız cinayətə bulaşmış şəxslər məhkəmənin işinə ciddi maneələr törədir. İnam Kərimovun Ali Məhkəməyə yeni sədr təyin edilməsi bu cinayətə əlləri bulaşmış şəxslərin narahatlığını daha da artırıb. Onlar tələm-tələsik qanunsuz ittiham hökmünün çıxarılmasına, bununla da cinayətkar fəaliyyətlərini öst-basdır etməyə çalışırlar. Bu, məhkəmənin də davranışlarından aydın sezilir”.

İbrahim Süleymanov. Foto: Meydan TV

İbrahim Süleymanov bildirir ki, vəkillər uzun müddətdir məhkəməyə vəsatət təqdim ediblər. Onlar istintaqa təqdim etdikləri alternativ mütəxəssis rəyinin məhkəmədə elan olunmasını, iş üçün vacib əhəmiyyət kəsb edən şahidlərin dindirilməsini, işdə adları keçən bir sıra şəxslərin telefon danışıqlarıyla bağlı məlumatların alınmasını istəyirlər:

“Telefon məlumatlarının alınmasını istədiyimiz adamlar arasında meyitin evimizin qarşısına atılmasında, oğlumun şərlənib həbs olunmasında iştirak edən polis işçiləri də var. Lakin bu vəsatətlər təmin olunmur. Təmin edilən bəzi vəsatətlər isə icra olunmayıb. Buna baxmayaraq məhkəmə prosesini tələm-tələsik yekunlaşdırmağa çalışırlar. Bu məqsədlə hakim, hətta vəkillərimizə təzyiq göstərməkdən də çəkinmir. Bütün bunları nəzərə alaraq, məhkəməyə kənardan edilən təzyiqlərin, eləcə də məhkəmənin özü tərəfindən törədilən qanunsuzluqların qarşısının alınması, qanuni və ədalətli hökm çıxarılmasının təmin edilməsi üçün göstəriş verməyinizi, bu işi şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm”.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

 

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL